Dünyanın ən qədim bankı “Monte dei Paschi” 30 mlrd. avroya satıla bilər

İtaliyanın aparıcı bank qruplarından biri olan “Intesa Sanpaolo” dünyanın ən qədim bankı hesab edilən “Banca Monte dei Paschi di Siena” ilə birləşməyi təklif edib. “Reuters”in məlumatına görə, təklif 30,6 milyard avro dəyərində qiymətləndirilir.

Sövdələşmə baş tutarsa, bu, İtaliya bankçılıq tarixində ən böyük birləşmə ola və aktivlərin həcminə görə avrozonada İspaniyanın “Banco Santander”dan sonra ikinci ən böyük bankın yaranmasına gətirib çıxara bilər. Yeni qurum Fransanın “BNP Paribas” və İtaliyanın “UniCredit” kimi maliyyə nəhənglərini geridə qoya bilər.

Birləşmiş qrupun bazar kapitallaşmasının 126 milyard avroya çatacağı gözlənilir. Təklif cümə günü ticarətin bağlanış qiyməti ilə müqayisədə 12,5% mükafat nəzərdə tutur.

“Intesa Sanpaolo”nun baş icraçı direktoru Karlo Messina bildirib ki, təklif “Monte dei Paschi” səhmdarlarına münasibətdə “dostyana xarakter daşıyır”. O, sövdələşmənin dekabr ayına qədər tamamlanacağına əmin olduğunu vurğulayıb.

Xəbərin fonunda Milan birjasında “Monte dei Paschi”nin səhmləri 11,78% bahalaşıb. Eyni zamanda “Intesa Sanpaolo”nun səhmləri 2,82% ucuzlaşıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər