16 C
Baku
Thursday, May 16, 2024

Dünyanın ən qədim bankı satışa çıxarıldı

Dünyanın ən qədim banklarından biri və böyüklüyünə görə İtaliyanın üçüncü bankı olan Banca Monte dei Paschi di Siena satışa çıxarıldı. The Wall Street Journal-ın verdiyi məlumata görə bank USB və Citi-ni müqavilənin təşkil edilməsinə məsul orqan təyin etmişdir.

Əvvəllər bu iki investisiya bankı Monte dei Paschi-nin 2,5 milyard avro dəyərində əlavə səhmlərinin buraxılmasını təşkil etmişdilər.

Avropa Mərkəzi bankının stress-testlərinin nəticələrinə görə Monte dei Paschi 150 nəhəng “Köhnə dünya” bankları sırasında ən pis yerdə qərarlaşdı. Onun büdcə kəsri 2,11 milyard avro dəyərində qiymətləndirilir.

Monte dei Paschi bankının əsas məqsədi alıcı və yaxud birləşməyə potensial namizəd tapmaqdır. Ola bilsin ki, qiymətli kağızların yerləşdirilməsində qaçmaq mümkün oldu.

Potensial namizədlər sırasına isə İtaliyanın ölçüsünə görə ikinci nəhəng bankı olan UBI Banca, həmçinin artıq İtaliyada işləyən bir sıra Avropa kredit institutları daxildir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər