7 C
Baku
Thursday, December 12, 2024

Dünyanın ən qədim banklarından biri gözlənilməz nəticə ilə yadda qaldı

Dünyanın ən qədim kredit təşkilatı hesab edilən İtaliyanın Banca Monte dei Paschi di Siena SpA bankı birinci rübün nəticələrinə görə, analitiklərin proznozlaşdırdığı nəticələrdən 4 dəfə artıq gəlir əldə edib. Lakin böyük ehtimalla bu köhnə problemləri həll etməyə kömək edəcək. Bank hələ də əvvəlki kimi onun maliyyə vəziyyətini qaydaya sala biləcək alıcı axtarışındadır. Bununla yanaşı, kredit təşkilatı kredit portfelində yaxşı olmayan borclar payını endirmək üçün aktivlərini satmağa çalışır.

Monte Paschi təşkilatının xalis gəliri 143,7 milyon avrodan 93,2 milyon avroya qədər enmişdir. Hətta bu dərəcədə əhəmiyyətli enmə bazar üçün xoş sürpriz idi. Bloomberg tərəfindən sorğuya cəlb olunan analitiklər yalnızca 23,4 milyon avro proqnoz vermişdilər. Kredit təşkilatının gəliri ilə bağlı bu məlumat elan edildikdən sonra bankın səhmlərinin dəyəri 5,4% artmışdır.

Son 4 il ərzində pis kreditlərin təmin edilməsi üçün rezervlər son 4 ildə minimum həddə enmişdir. Birinci rübdə bu göstərici 468 milyon avrodan 346 milyon avroya enmişdi.

Bankın baş icraçı direktoru Fabrisio Violi-nin sözlərinə görə, bank həyata keçirilən restrukturizasiya sayəsində daha az vəsait rezerv etmək imkanına nail olmuşdur. O belə ümid edir ki, bank 2018-ci ilə qədər səmərəsiz kreditlərin daha 3-5 milyardından xilas olacaq.

Bankın rüblük hesabatı isə bir o qədər yüksək şəkildə optimizm bəxş etmir. Həlir 13,1% enmiş, ticarət əməliyyatlarından əldə edilən gəlir isə 41% azalmışdır.

Qeyd edək ki, Banca Monte dei Paschi di Siena bankının əsası 1472-ci ildə Siena şəhər-dövlətində qoyulmuşdu və onun yaradılmasında əsas məqsəd yoxsul vətəndaşlara kredit vermək idi. Hazırda isə bank aktivlərinin həcminə görə İtaliyanın üçüncü böyük kredit təşkilatıdır. Məlumatlara əsasən, 2015-ci ilin ortalarında bank ölkə daxilində 2133, xarici ölkələrdə isə 40 filiala sahib idi. Monte Paschi bankının ümumi əməkdaşlarının sayı isə 25 min nəfərdir.

 

Son xəbərlər
Digər xəbərlər