“Botin” restoranı (Sobrino de Botin) dünyanın ən qədim restoranı olaraq Ginnesin rekordlar kitabına daxil edilmişdir. Bu restoran 1725-ci ildə Botin adlı ispan ailəsi tərəfindən açılmışdı. Elə həmin ildə restoranda quraşdırılmış soba hazırda da uğurla fəaliyyət göstərir.
XVIII əsrin əvvəllərinə qədər İspaniyada ictimai qidalanma müəssisələrində şərab və ət satışı qadağan idi. Bu tədbir məhsul ticarətçilərini iqtisadi təhlükəsizlik ilə təmin etmək məqsədilə görülmüşdü. Botin restoranında bütün yeməklər restoran müştərilərinin özü ilə gətirdikləri ərzaqlardan hazırlanırdı. 1765-ci ildə daha sonradan bütün dünyada məşhur olan qab yuyan bir şəxs işləyirdi. Söhbət bu zaman özünün San-Fransiskoda yerləşən Kral akademiyasına qəbulu haqqında cavab gözləyən rəssam Fransisko Goye-dən gedir. Yeri gəlmişkən, rəssam akademiyaya qəbul edilmir.
XIX əsrdə restoran Botin-in həyat yoldaşlarından birinin qohumunun idarəsi altına keçir. Belə ki, ailə heç bir övlada sahib deyildi. Restoranın yeni sahibinin adı Kandido Remis idi və restoran Sobrino de Botin adlandırılır. XX əsrdə isə restorana Gonzales ailəsi rəhbərlik edirdi. Restoran binanın birinci mərtəbəsində yerləşir və yuxarı mərtəbələr restoran sahibinin evi kimi fəaliyyət göstərirdi. Botin rsetoranının kollektivi sahib və onun 3 uşağı da daxil olmaqla 7 nəfərdən ibarət idi.
İspaniyada vətəndaş müharibəsi 1936-cı ildən 1939-cu ilə qədər davam edir. Dövlət daxilində mövcud olan mübahisələr “Botin” restoranının fəaliyyətinə də təsir edirdi. Onun sahibi uşaqları ilə birlikdə ölkədə vəziyyət düzələnə qədər kənddə yaşamağa gedir. Restoran sahibi isə müəssisənin fəaliyyətini davam etdirirdi. Lakin tezlik bura əsgər yeməkxanasına çevrilir. Müharibə başa çatdıqda “Botin” Gonzales ailəsinin oğlanlarının idarəsinə keçir. Məhz onlar restoranı hazırda olduğu vəziyyətə gətirmişdir.
“Botin” restoranının ənənəvi yeməyi restoran yaradıcısının soyadı ilə adlandırılmış şorbadır. Bu şorba toyuq bulyonundan, yumurtadan və çoxlu sayda sarışğmsaqdan ibarətdir.