1 C
Baku
Saturday, December 14, 2024

Dünyanın ən qədim şəhəri hansıdır?

Suriyanın əvvəlki paytaxtı olan Dəməşq dünyanın ən qədim şəhəri hesab edilir. Dəməşq şəhər olaraq 4500 ildən çox mövcud olsa da, bu şəhərdə tapılan həyat izlərinə əsasən şəhərin yaşı 11 000 olaraq qiymətləndirilir ki, bu da Dəməşqi dünyanın ən qədim şəhəri hesab etməyə imkan verir.

Dəməşqin əsasının qorulma tarixi dəqiq təyin edilməyib, çünki bu çox qədim şəhərdir. Əfsanələrə görə, Dəməşqin əsasını Adəm və Həvva qoymuşdur. Hazırda isə Dəməşq Suriyanın nəhəng şəhəridir və əhalisinin sayı 4 milyondan çoxdur.

Dünyanın ən qədim şəhəri adına həmçinin Yerihon (Fələstin) da namizədlik edir. Yerihonun şəhər divarlarının yaşı 8800 il olaraq qiymətləndirilir. Lakin bu şəhər dayanmadan dağılmağa davam edirdi. Bu səbəbdən də o bu statustan məhrum edilib. Bundan əlavə, dünyanın ən qədim şəhərləri sırasına Livanın Bibl, Sudon, Tir və Beyrut, Qüds və s. şəhərləri də nümunə göstərə bilərik. Avropa şəhərləri sırasında isə ən qədim şəhər Yunanıstanın paytaxtı Afina hesab edilir. Bütün bu şəhərlər bizim eradan bir çox min il əvvəl yaradılıb.

Son xəbərlər
Digər xəbərlər