8 C
Baku
Friday, December 13, 2024

Dünyanın ən qəribə muzeyi hansıdır?

Dəm çaynikinə həsr edilmiş ən böyük heykəl Ginnesin rekordlar kitabına daxil edilmişdir. 73,8 metr hündürlüyə və 5000 kvadrat metrdən çox əraziyə sahib olmaqla bu çaynik Çinin Meitan əyalətində yerləşən ən qəribə muzey adını almışdır.

1361768332_dom11Bu şəhər Çində yaşıl çayın vətəni hesab edilir. Belə bir heykəl üçün buradan daha yaxşı yer tapmaq çətin olardı və təəccüblü deyil ki, onun içərisində çay mədəniyyətinə aid muzey təşkil edilib.

Muzeyə ziyarət sayını artırmaq üçün onu unikal memarlıq nümunəsi olaraq yaratmaq qərarına gəlinir. Gildən hazırlanmış bu heykəlin yanında “çay içmək üçün” hazırlanmış fincanını da görmək mümkündür.

Bu memarlıq nümunəsi dünyanın ən qəribə muzeyi adını aldı. Uzaqdan bu sadəcə çaynik heykəlini xatırlatsa da, yaxınlaşdıqda bunun əslində muzey olduğunu aşkar etmək mümkündür. Muzey Ginnesin rekordlar kitabına daxil edildikdən sonra onu ziyarət edən insanların sayı da artmışdır.

Son xəbərlər
Digər xəbərlər