Avstraliya dolları dünyanın ən qabaqcıl valyutası elan edildi. CNBC bildirir ki, yaşıl qitənin milli əskinazları tamamilə suya davamlıdır, onları saxtalaşdırmaq çətindir, həmçinin onlar çirk və nəmliyə qarşı davamlı olduqları üçün digərlərindən daha təmizdir.
Bundan əlavə, Avstraliya dolları toxunulduqda mumu xatırladan polimerdən hazırlanamışdır. Həmçinin polimer əskinazlar, bir qayda olaraq, kağız pullardan iki-üç dəfə uzundurlar.
Məsələn, ABŞ dolları və digər ölkələrin valyutaları pambıq lifindən hazırlanır, ona görə xüsusilə 10 dollarlıq Amerika əskinazları hər dörd il yarımdan bir yenilənir.
Həmçinin qeyd olunur ki, Avstraliya pul istehsalına müntəzəm olaraq yeni texnologiyalar tətbiq edir. Beləlilə, 5 dollarlıq Avstraliya əskinazı rənglərin dəyişməsi effektinə malikdir.
Bundan əlavə, 2015-ci ildə Avstraliya Ehtiyat Bankı əskinazlarına toxunma funksiyasını əlavə edəcəklərini elan etdi, bu zaman onların nominal dəyəri toxunulmaqla başa düşüləcək.