15 C
Baku
Sunday, November 24, 2024

Dünyanın ən səxavətli ölkələri hansılar oldu?

Gallup konsaltinq şirkəti həyata keçirdiyi araşdırma nəticəsində belə təyin etmişdir ki, digər insanlara yardım etməyə hazır olan və xeyriyyə məqsədilə vəsait sərf edən ölkələr yüksək səviyyəli iqtisadi artım göstəriciləri ilə fərqlənirlər.

Şirkət nümayəndələri bu fenomeni daha yaxşı aydınlaşdırmaq məqsədilə dünyanın 140 ölkəsindən 145 min nəfəri sorğuya cəlb etmiş və sorğu iştirakçılarının neçəsinin təmənnasız və könüllü şəkildə digər insanlara kömək etməyə hazır olduğunu öyrənməyə çalışmışdır. Belə məlum oldu ki, Yer kürəsində yaşayan 7,4 milyard insandan 1,4 milyardı yardım xahişinə müsbət cavab verir.

Bu insanların əksəriyyəti isə aşağıdakı ölkələrdə yaşayır:

Birma

Cənub-Şərqi Asiyada yerləşən bu ölkənin əhalisinin əksəriyyəti demək olar ki, onlara təklif edilən suallara müsbət cavab verib. Qeyd edək ki, Birma 2015-ci ildə həmçinin dünyanın ən dostcanlı ölkəsi elan edilmişdi.

ABŞ

ABŞ-da ehtiyacı olanlara kömək etmək məqsədilə yaradılan qeyri-kommersiya və könüllülük təşkilatları çox inkişaf edib. Bundan əlavə, cəmiyyət içərisində xeyriyyəçilik, yardım və dəstək fəal şəkildə təlqin edilir. Bu ənənə isə nəsillərdən nəsillərə ötürülür.

Yeni Zellandiya

Bu kiçik ada dövlətinin əhalisi kənd təsərrüfatına və yardımlaşmaq mütləqliyinə vərdiş edib. Ölkədə xeyriyyəçilik ilə məşğul olmaq geniş inkişaf edib. Burada fəal şəkildə evsiz uşaqlara və yaxud yetimlərə yardım edilir, restoranlarda günün sonunda pulsuz qida ilə təmin edilir və s.

Şri-Lanka

Şri-Lankada da Birmada olduğu kimi buddizm və xeyriyyəçilik geniş yayılıb. Ölkə əhalisinin sözlərinə görə, onlar daim ehtiyacı olan insanların köməyinə gəlməyə hazırdırlar.

 

Son xəbərlər
Digər xəbərlər