Tayvanın paytaxtı Taybeydə tikilən 101 mərtəbəli göydələnin inşası 1,7 milyard dollara başa gəlib.
Göydələn saatda 63 kilometr sürət yığan dünyanın ən sürətli liftinə malikdir. Belə ki, bu liftlə birinci mərtəbədən 89-cu mərtəbədəki müşahidə göyərtəsinə 39 saniyəyə çatmaq olar. Şüşə, polad və alüminiumdan tikilən bina hər biri 80 metr olan, 380 beton dayağa “söykənib”. Bina güclü qasırğa və zəlzələyə qarşı da dözümlüdür.
Mühəndislərin fikrincə, göydələn 2500 il ərzində güclü titrəmələrə davam gətirə biləcək.