Sinqapur dünyada adambaşına düşən ölüm cəzası hökmlərinin sayına görə birinci yeri tutur. Bəzən adama elə gəlir ki, yerə atılmış siqar kötüyünə görə 1000 dollar, çeynənilib yerə atılmış saqqıza görə 3000 dollar, ya küçəni zebrdən və ya nəzərdə tutulmuş keçiddə keçməməyə və ya ictimai nəqliyyatda yemək yeməyə görə 5000 dollar cərimənin ödənməsi həddindən artıq çoxdur.
Amma, həmin mühitə düşəndə başa düşürsən ki, burda qorxulu heç nə yoxdur. Həm də belə bir qısa müddətdə heç bir həvəsləndirmə və ya pedaqoji metodla belə yüksək mədəni cəmiyyət qurmaq mümkün olmazdı, amma belə sərt qaydaların tətbiqi buna imkan verdi. Məhz bu səbəbdəndir ki, xoşbəxtlik reytinqində bu ölkə beşinci yeri tutur, ilk pillədə isə Avstraliya qərarlaşıb.
Sərt qanunvericilik və savadlı şəkildə qurulmuş polis xidməti sayəsində Sinqapur dünyanın ən təhlükəsiz şəhərlərindən biridir. Burada istənilən növ silah qadağandır və silahlı basqın və ya qarət halları ümumiyyətlə müşahidə olunmur. Hətta dükanlarda satılan iri ölçülü mətbəx bıçaqlarının ucluq hissələri elə tərtib olunur ki, bu bıçaqlarla deşici zərbə vurmaq mümkün olmasın.