11 C
Baku
Wednesday, December 3, 2025

Dünyanın ən təmiz şəhərləri açıqlanıb — Top 10-luq

“Radical Storage” şirkətinin 100 populyar istiqamət üzrə turistlərin 70 000-dən çox onlayn rəyinə əsaslanan araşdırmasına görə, Polşanın Krakov şəhəri dünyanın ən təmiz şəhəri olaraq tanınıb. Tədqiqatda qeyd olunur ki, şəhərin nüfuzunu 98,5% müsbət rəy təsdiqləyir.

İlk beşliyə həmçinin Şarca (98,5%), Sinqapur (98%), Varşava (97,8%) və Doha (97,4%) daxil olublar. Mütəxəssislər Polşa şəhərlərinin uğurunu tullantıların idarə edilməsi sisteminə böyük yatırımlarla və ictimai təmizlik təşəbbüsləri ilə əlaqələndirirlər. İlk onluğa həmçinin Ər-Riyad, Praqa, Maskat, Dubay və Fukuoka daxil olub.

Reytinqin ən sonunda isə Budapeşt qərarlaşıb — burada təmizliklə bağlı rəylərin demək olar ki, 40%-i şəhəri çirkli kimi təsvir edib. Sonuncu sıralarda həmçinin Roma (35,7%), Las-Veqas (31,6%), Florensiya (29,6%) və Paris (28,2%) qərarlaşıb. Araşdırmada qeyd olunur ki, turist axınının yüksək olduğu tarixi mərkəzlərdə təmizlik və asayişin qorunması daha çətin olur. Hesabatın müəllifləri bildiriblər ki, nəticələr səyahətçilərə səfərlərini daha yaxşı planlaşdırmağa kömək etmək məqsədi daşıyır.

Son xəbərlər
Digər xəbərlər