7 C
Baku
Sunday, December 15, 2024

Dünyanın ən tolerant ölkələri

1.Kanada
Amerika qitəsində yerləşən ən böyük dövlət tolerantlığı özünün ən əsas dəyərlərindən biri hesab edir. Burada demək olar ki, heç bir halda irqi ayrı-seçkiliyə yol verilmir. Bir çox etnik qrup nümayəndələri bu ölkədə mehriban şəkildə yaşayırlar. Aparılan sorğulara əsasən, Kanada vətəndaşlarının 50%-i milli mənsubiyyətə aid olan məlumatların hesaba alınmasının əleyhinədir. Bununla yanaşı, ölkədə eyni cinsli nigahlara qarşı münasibət də müsbətdir. 

2. Avstraliya
“The Washington Post”-un təşkil etdiyi dünyanın ən tolerant ölkələri sırasında Avstraliya ikinci pillədədir. Sorğular əsasənda yalnızca 5% vəətndaş əcnəbi vətəndaşları öz qonşuları olaraq görmək istəmədiklərini bildirib. Avstraliyanın 19 milyon vətəndaşından demək olar ki, dörddə biri sərhədlərdən kənarda dünyaya gəlir və ölkədə hər il qarışıq nigahların sayı artır. Avstraliyada da eyni cinsli nigahlar müsbət reaksiya ilə qarşılanır.

3.Argentina
Statistikaya əsasən, argentinalıların 98%-i özləri etnik cəhətdən avropalıdırlar. Bu vətəndaşların yarım milyonu isə slavyan əcdadlara sahibdirlər. Argentina dini səbirliliyi ilə də fərqlənir. Ölkənin Təhsil nazirliyinin təşəbbüsü ilə 60 000 gənc argentinalı həftədə müəyyən saatlarını xristian, müsəlman və yəhudilərlə birgə keçirir. Eyni cinsli nigahlara gəldikdə isə, Argentina Latın Amerikasında eyni cinsli nigahları qanuniləşdirən ilk ölkə statusuna sahibdir.

4. İsveç
İsveç 20-ci əsrin 50-ci illərindən başlayaraq multi etnik dövlətə çevrilib. Ölkə əhalisinin 1/5 hissəsi əcnəbi soya sahibdirlər. İsveçlər mühacirlərə digər Avropa İttifaqı ölkələrindən  daha çox yaxşı münasibət bəsləyirlər. Qanunla İsveçə gəlmiş əcnəbi xalis isveçlilər kimi azadlıq və hüquqlara sahib olur. Qeyd edək ki, bu ölkədə də eyni cinsli nigahlara icazə mövcuddur.

5. Azərbaycan
Azərbaycan dini tolerantlığına görə nümunə hesab edilir və torerantlıq səviyyəsinə görə tək Asiya deyil, Avropa ölkələrinin əksəriyyətini də geridə qoyur. Reytinqdə ölkəmiz haqqında deyilir:  Əhalisinin 95%-i müsəlman olan ölkə müxtəlif ölkələrə və dinə mənsub olan insanlar üçün sülh və rahat yaşayış şəraiti yaradıb ki, bu da Avropa Parlamentinin vitse-prezidentinin  təqdirinə səbəb olub. Azərbaycanın tolerantlıq modeli müsəlman ölkələri üçün nümunə hesab edilir və bir çox beynəlxalq forumlarda fəal olaraq müzakirə edilir. Ölkə rəhbərliyi belə hesab edir ki, insanlar hansı dinə mənsub olmalarından asılı olmayaraq digərlərinin mədəniyyətinə, dininə, adət-ənənələrinə və mənəvi dəyərlərinə hörmətlə yanaşmalıdırlar.

Son xəbərlər
Digər xəbərlər