9 C
Baku
Wednesday, November 13, 2024

Dünyanın ən ucuz benzini iyunun 1-dən etibarən bahalaşacaq

Venesuela prezidenti Nikolas Maduro, iyun ayının 1-dən etibarən benzinin bahalaşacağını açıqlayıb. Xatırladaq ki, son 20 ildə 95-ci markalı yanacağın hər litri simvolik qiymətə satılıb – bizim pul ilə 0,001 qəpik.

Prezidentin qeyd etdiyi kimi, Venesuela benzinin yeni qiyməti 5 min bolivar və ya 0.033 qəpik təşkil edəcək.

Banker.az xəbər verir ki, sürücülər ayda 120 litr, motosiklet sahibləri isə 60 litr yanacaq istifadə edə biləcəklər.

“Bu tədbirlər Şimali Amerika imperializminin yaratdığı gərginlik şəraitində ölkənin benzin təchizatını normaya salmaq məqsədini daşıyır. Mən bütün vətəndaşlardan anlayış göstərmələrini xahiş edirəm”, – Maduro söyləyib.

Xatırladaq ki, mayın 20-də ABŞ administrasiyası Venesuelaya yanacaq tədarükü ilə əlaqədar olaraq İrana qarşı sanksiya tətbiq ediləcəyini bildirmişdir.

Son xəbərlər
Digər xəbərlər