2 C
Baku
Saturday, December 14, 2024

Dünyanın ən uzaq adası hansıdır?

Tristan da Cunha – Atlantik okeanının cənub hissəsində yerləşən bu ada Yer Kürəsinin qurudan ən uzaqlıqda yerləşən adası hesab edilir. Onu Afrika sahillərindən 2800 kilometr, Cənubi Amerika sahillərindən isə 3360 kilometr ayırır. Ona ən yaxın olan ərazi isə Müqəddəs Yelena adasıdır ki, onlar arasındakı məsafə 2160 kilometrə bərabərdir.

Bu ada öz adını onu kəşf edən şəxs hesab edilən portuqaliyalı dənizçidən götürmüşdür. Qeyd edək ki, ada 100 kvadrat kilometr əraziyə sahibdir və vulkanik xarakterlidir. Kraliça Mariya adlandırılan bu vulkan fəaldır və adanın böyük bir hissəsini əhatə edir. Bu səbəbdən də buradakı insanlar adanın şimal-qərb hissəsində, kiçik bir ərazidə məskunlaşıb. Əhali isə burada 19-cu əsrin əvvəllərindən başlayaraq məskunlaşıblar.

trisda

Amerikalı “romantiklər” qrupu burada öz cəmiyyətlərini yaratmağa qərar versələr də, tezliklə ada britaniya tebeçiliynə keçir. 1817-ci ildə ingilislər burada hərbi qüvvələrin yerləşdiyi Malkolm qalasını inşa edir.

Hazırda adada daimi olaraq 300 insan yaşayır və əhali çoxmillətlidir. Onlar amerikalıların, ingilislərin, hollandiyalıların və italiyalıların nəsillərindəndirlər. Məsələn, burada amerikalı bir nəsil artıq 1816-cı ildən burada məskunlaşıb.

Tristan da Cunha adası ada rəhbəri və 10 nəfərdən ibarət şura tərəfindən idarə edilir. Şura üzvləri isə adanın qədimi məskunlaşmış nəsillərin nümayəndələridirlər. Adanın paytaxtı isə Edinburq Semi Morey adlanır. Ada sivilizasiyadan kilometrlərlə uzaqda yerləşsə də, həyat üçün lazımi hər bir şeyə sahibdir.

Son xəbərlər
Digər xəbərlər