22 C
Baku
Thursday, May 2, 2024

Dünyanın ən uzun aviamarşrutu yaradılır

Honkonqda yerləşən “Cathay Pacific” aviaşirkəti Nyu-York-Honkonq reyslərində Rusiya hava məkanı üzərində uçuşları dayandırmaq niyyətindədir.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin daxili sənədlərinə istinadən “Bloomberg” agentliyi yazıb.

“Cathay Pacific” Con Kennedi adına Beynəlxalq Hava Limanından Atlantik okean, Böyük Britaniya, Avropa, Türkiyə və Mərkəzi Asiya üzərində uçmağı planlaşdırır. Vurğulanır ki, marşrutun uzunluğu 16 618 km təşkil edəcək, səyahət təxminən 17 saat çəkəcək. Qeyd edək ki, daha əvvəl Rusiya üzərindən aviamarşrut 12 990 km olub və təxminən 15 saat çəkib.

Vurğulanır ki, Honkonqdan Nyu-Yorka “A350-1000” təyyarələri uçacaq. Dünyanın ən uzun marşrutunu həmçinin “Qantas Airways” da işə salacaq: 20 saat çəkəcək səyahət Sidneydən London və Nyu-Yorka həyata keçiriləcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər