-1 C
Baku
Sunday, December 15, 2024

Dünyanın ən varlı 10 iş adamının sərvəti bir gündə $23 mlrd. azalıb

“Forbes”un məlumatına görə, dünyanın ən varlı 10 iş adamının ümumi sərvəti bir gündə 23 milyard dollardan çox azalıb.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Günün sonunda ilk 10 milyarderdən yalnız investor Uorren Baffetin sərvəti 0.5 milyard dollar artaraq 96.5 milyard dollara çatıb. Ən böyük itki “Tesla”nın CEO-su İlon Maskda olub – sahibkarın sərvəti 9.9 milyard dollar (5.77%) azalıb. Xatırladaq ki, cümə axşamı günü “Tesla”nın səhmləri 6.9% bahalaşaraq hər səhmə görə 653.16 dollar səviyyəsinə yüksəlib.

İkinci yeri Avropanın ən varlı adamı və “Louis Vuittonun” sahibi Bernar Arno tutub. Onun sərvəti 0.5 milyard dollar azalaraq 162.6 milyard dollara düşüb.

Reytinqə görə, dünyanın ən zəngin iş adamı yenə “Amazon”un CEO-su Ceff Bezosdur. Lakin buna baxmayaraq, onun da sərvəti əhəmiyyəti dərəcədə azalıb – 5.7 milyard dollar. “Amazon”un səhmləri cümə axşamı günü 3.44% ucuzlaşıb.

“Google”un qurucusu Larri Peycin sərvəti 2.3 milyard dollar, Serqey Binin sərvəti isə 2.2 milyard dollar azalıb. Hal-hazırda Peycin varidatı 88.6 milyard dollar, Binin isə – 86 milyard dollar dəyərində qiymətləndirilir. Yeddinci sıranı “Oracle” şirkətinin həmtəsisçisi Larri Ellison (- 0.17 milyon dollar) tutub. “Facebook”un baş direktoru Mark Çukerberq bir gündə 1.9 milyard dollar itirib, indi onun sərvəti 101.7 milyard dollar səviyyəsində qiymətləndirilir.

Cümə axşamı, demək olar ki, bütün ən böyük İT şirkətləri ucuzlaşıb. “Texnoloji” hesab edilən “Nasdaq” indeksi 3%, kapitallaşma baxımından ən böyük şirkətləri birləşdirən “S&P 500” isə 1.5% itirib. “Dow Jones” indeksi ticarət sessiyasını 0.5% azalma ilə başa vurub. “Apple” və “Netflix” səhmləri 3%-dən çox azalıb.

“The Wall Street Journal”ın qeyd etdiyi kimi, investorlar sürətlə inkişaf edən iqtisadiyyatdan faydalanacaq müəssisələrə (banklar, aviaşirkətlər və energetika təşkilatları) yatırım etmək üçün texnologiya şirkətlərinin səhmlərini kütləvi şəkildə satmağa başlayırlar.

Son xəbərlər
Digər xəbərlər