24 C
Baku
Thursday, April 18, 2024

Dünyanın ən varlı adamı Afrikada maraqları olan startapa investisiya qoydu

“Amazon” şirkətinin baş direktoru və dünyanın ən varlı adamı Ceff Bezos, ilk dəfə olaraq bütün diqqətini Afrikaya yönəldən startapa investisiya qoyub.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Verilən məlumata görə, “Bezos Expeditions” vençur fondu “Chipper Cash” şirkətinə yatırım edib.

Qeyd edək ki, “B” raundunda şirkət 30 milyon dollar sərmayə cəlb etmişdir. “Chipper Cash” Afrikada və onun xaricində ani sərhədyanı pul köçürmələrinin həyata keçirilməsini təmin edir. Hesablamalara görə, hər gün bu platformada təxminən 80 min əməliyyat həyata keçirilir. “Chipper Cash” startapının Qana, Uqanda, Keniya, Tanzaniya, Ruanda, Nigeriya və Cənubi Afrikada 3 milyondan çox istifadəçisi var.

Son xəbərlər
Digər xəbərlər