Dünyanın ən zəngin adamının sərvəti yeni rekord qırıb. Banker.az xəbər verir ki, “Bloomberg”in mənbələrə istinadən verdiyi məlumata görə, hal-hazırda Ceff Bezosun sərvəti 171,6 milyard dollar dəyərində qiymətləndirilir.
Xatırladaq ki, sonuncu dəfə belə bir artım 2018-ci il 4 sentyabr tarixində qeydə alınıb – 167,7 milyard dollar.
Agentlik qeyd edir ki, yeni rekord “Amazon” səhmlərinin qiymətindəki artım sayəsində baş tutub. Bildirildiyi kimi, çərşənbə günü səhmlərin qiyməti 4,4% artaraq 2878,7 dollara çatıb.
Ümumilikdə ilk yarım ildə Ceff Bezosun sərvəti 56,7 milyard dollar artıb və bu, “iqtisadi tənəzzül dövründə insanların rifahındakı partlaşıyı bir daha vurğulayır”.
Daha əvvəl “Comparisun” konsaltinq şirkəti Ceff Bezosun sərvəti bir trilyon dollara çatacaq ilk insan olacağını proqnozlaşdırmışdır. “Forbes” jurnalının verdiyi məlumata görə, Ceff Bezos üç ildir ki, dünyanın ən zəngin adamları arasında liderlik edir.