16 C
Baku
Friday, April 19, 2024

Dünyanın ən varlı adamı Yer kürəsini xilas etmək üçün 10 milyard dollar xərcləyəcək

“Amazon” şirkətinin təsisçisi və dünyanın ən zəngin adamı olan Jeff Bezos, iqlim dəyişikliyi ilə mübarizəyə 10 milyard dollar vəsait ayıracağını bildirib. Xatırladaq ki, bu məbləğ onun ümumi sərvətinin 8%-ni təşkil edir.

Banker.az “Forbes.ru”ya istinadən xəbər verir.

Qeyd edildiyi kimi, iqlim dəyişikliyi ilə “Bezos Earth Fund” məşğul olacaq.

“Mən 10 milyard dollar vəsait ayırıram və bu yay qrant ödəməyə başlayacağam. Yer kürəsi hamımızı birləşdirən yeganə şeydir. Gəlin onu birlikdə qoruyaq”, – milyarder yazıb.

O, fondun “elm adamlarına, fəallara, qeyri-hökumət təşkilatlarına” və “təbiətin qorunması üçün real imkanlar yaradanlara” qrant verəcəyini söylədi.

“Forbes” un qiymətləndirmələrinə görə, Jeff Bezosun sərvəti 129,9 milyard dollar təşkil edir.

Son xəbərlər
Digər xəbərlər