18 C
Baku
Monday, April 29, 2024

Dünyanın ən varlı adamının sərvəti bir gündə $12 mlrd. artıb

Dünyanın ən varlı adamı, LVMH qrupunun sahibi Bernar Arnonun sərvəti aprelin 13-də 12 milyard dollar artıb və hazırda 210 milyard dollar təşkil edir, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.

Agentliyin məlumatına görə, bu, Arno üçün rekord məbləğ olmaqla yanaşı, bir günlük sərvətdə ikinci ən böyük artımdır. Ən zəngin insanların ikinci pilləsində 180 milyard dollar sərvəti ilə iş adamı İlon Mask qərarlaşıb. O, aprelin 13-də “təsirli” 3.8 milyard dollar qazanıb.

“Bloomberg” qeyd edir ki, Arno Mask üzərində liderliyini möhkəmləndirir və artıq çox geridə qoyub.

74 yaşlı Arnonun sərvəti LVMH-nin rüblük hesabatının yayımlanmasından sonra artıb, bu hesabatda şirkət geyim və dəri məmulatları seqmentində satışların 18% artdığını bildirib. Qrupun birinci rübdəki gəliri 17% artaraq 21.06 milyard avroya çatıb.

Bütün regionlara şirkətin məhsullarına tələbat artıb. Ən güclü dinamika Yaponiyada müşahidə olunub, burada satışlar 34% artıb. Növbəti sıralarda Avropa (+24%) və Asiya (+14%) gəlir. LVMH-nin maliyyə direktoru Jean-Jacques Guyoni bildirib ki, Çində də artım ikirəqəmli olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər