Dünyanın ən varlı adamı və “Amazon” şirkətinin təsisçisi Jeff Bezos-un sərvəti bir gündə 9 milyard dollar azalaraq 184,4 milyard dollara düşüb.
Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
Verilən məlumata görə, bunun əsas səbəbi “Amazon” səhmlərinin 5% ucuzlaşması olub.
Bezos-un keçmiş həyat yoldaşı Mackenzie Scott da 3,2 milyard dollar itirib. Hal-hazırda onun sərvəti 59,5 milyard dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, “Tesla”nın baş direktoru Ilon Musk sərvətinin 1,72%-ni (1,6 milyard dollar) itirib, LVMH şirkətinin sahibi Bernard Arnault-un varidatını isə 7,47% artırıb (9,3 milyard dollar).
“Microsoft”un həmtəsisçisi Bill Gates 119,1 milyard dollar sərvətlə “Forbes”da üçüncü yer alıb.