15 C
Baku
Saturday, April 27, 2024

Dünyanın ən varlı adamının sərvəti yeni rekorda çatdı

Dünyanın ən varlı adamının – “Amazon”un rəhbəri Ceff Bezosun sərvəti 182,6 milyard dollara çatıb.

Banker.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı yazır.

Xatırladaq ki, iyulun əvvəlində xarici media “Bloomberg Billionaires Index” (BBI) reytinqinə istinadən Bezosun sərvətinin 171,6 milyard dollar səviyyəsinə çatması barədə məlumat vermişdir.

Qeyd edildiyi kimi, bunun əsas səbəbi “Amazon” səhmlərinin 2,7% bahalaşaraq 3081,11 dollar qiymətinə çatması olub. Hazırda şirkətin kapitallaşması 1,54 trilyon dollar təşkil edir.

Daha əvvəl “Comparisun” konsaltinq şirkət Ceff Bezosun 2026-cı ildə dünyanın ilk trilyonçusu olacağını proqnozlaşdırmışdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər