24 C
Baku
Friday, October 4, 2024

Dünyanın ən varlı insanı harada yaşayır?

Amerikalı investor Warren Buffet dünyanın ən varlı insanı olaraq reytinqdə ilk pilləyə sahib olmuşdur. Keçən illə müqayisədə onun sərvəti 10 milyard dollar artmış və 62 milyard dollar təşkil etmişdir. Reytinqin ikinci pilləsində isə meksikalı mediamaqnat Karlos Slim yer almışdır və onun sahib olduğu sərvət 60 milyard dollar təşkil edir. Bill Gates isə gəlirini bir il ərzində 2 milyard dollar qazanmış və 58 milyard dollarla reytinqin üçüncü pilləsinə enmişdir.

Bununla yanaşı, reytinqin ilk 10-luğuna Lakşmi Mittal (4-cü pillə, 45 milyard dollar), Mukeş və Anil Anbani sahibkar qardaşları (5 və 6-cı yer, 43 və 42 milyard dollar), İnqvar Kamprad (7-ci yer, 31 milyard dollar), Kuşal Pal Sinqx (8-ci yer, 30 milyard dollar), Oleq Deripaska (8-ci yer, 28 milyard dollar), Karl Albreht (10-cu yer, 27 milyard dollar) daxil olmuşlar.

Bundan əlavə, reytinq təşkilatçıları planetin ən varlı insanlarının yaşadığı evlər üzrə də araşdırma aparmışdır. Warren Buffet 557 kv metr əraziyə sahib mənzildə yaşayır və onun dəyəri 31,5 min dollardır. Bill Gates-in isə yaşadığı mənzil 6 min kv metr ərazini əhatə edir.

Bu siyahını davam etdirmək də mümkündür.

0408798

8854483

Son xəbərlər
Digər xəbərlər