11 C
Baku
Monday, November 25, 2024

Dünyanın ən varlı insanları bu il 2 trilyon dollar itirib

2022-ci ildə dünya üzrə milyarderlər 2 trilyon dollara yaxın vəsait itiriblər.

Bu barədə məlumatı “Forbes” yayıb.

Bildirilir ki, dekabrın 9-na olan məlumata görə, milyarderlərin ümumi sərvəti 13.8 trilyon dollardan 11.9 trilyon dollara enib.

Ümumilikdə isə milyarderlərin sayı 2671-dən 2523-ə qədər azalıb.

Nəşr ən çox uğursuzluqla üzləşən şəxsin amerikalı milyarder İlon Mask olduğunu qeyd edib. “Forbes”in hesablamalarına görə, 2022-ci ildə Maskın sərvəti 115 milyard dollara enib.

Qeyd edək ki, Mask dekabrın 14-ü dünyanın ən varlı şəxsi statusunu itirib və ikinci pillədə qərarlaşıb. Birinci pillədə isə “LVMH” şirkətinin rəhbəri Bernar Arno və ailəsi yer alıb. Belə ki, amerikalı sahibkarın sərvəti 147.9 milyard dollar olaraq qiymətləndirilir, onun ailəsi isə 179.3 milyard dollara sahibdir.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər