Forbes jurnalının məlumatına görə, Kristi Uolton dünyanın ən varlı qadınıdır. Onun sərvəti $36,7 milyard təşkil edir və əsasən Wal-Mart şəbəkəsinə əsaslanır.
Reytinqdə xanım Uolton L’Oreal şirkətinin varisi Lilian Betaankuru qabaqlamışdı. Qeyd edək ki, Lilian Betaankurun sərvəti $34,5 milyard təşkil edir. Beləliklə, baxmayaraq ki, bu ildə fransız kosmetikasının səhmlərinin dəyəri qalxıb və xanım Betankur planetin ən varlı qadını mövqeyisini itirib.
Reytinqin üçüncü sırasını Wal-Mart-ın təsisçisinin qızı Elis Uolton tutur. Onun sərvəti $34,3 milyard olaraq qiymətləndirilir.
Dördüncü yerə isə Mars ailəsinin nümayəndəsi və nəhəng qənnadı şirkətinin top meneceri Jaklin Mars layiq görünüb. Onun sərvəti $20 milyard olaraq qiymətləndirilir.
Avstraliyanın Hancock Prospecting mədən şirkətinin başçısı Conina Raynxart reytinqdə beşinci yeri tutur. Onun sərvəti $17,7 milyard olaraq qiymətləndirilir.
Planetin ən varlı qadınları reytinqində altıncı yerdə isə qardaşı və anası ilə birlikdə BMW şirkətinin 50% səhmlərinə sahib olan Süzanna Klattendir.