14 C
Baku
Monday, November 17, 2025

Dünyanın ən varlı şəhəri açıqlanıb

Yaponiyanın paytaxtı Tokio “CEOWORLD Magazine” jurnalının tərtib etdiyi dünyanın 300 ən varlı şəhəri siyahısında birinci yeri tutub

Nəşr Tokionu ÜDM səviyyəsinə görə dünyanın ən varlı şəhəri elan edib.

Jurnalın məlumatına görə, Tokionun ÜDM-i 2,55 trilyon dollara çatıb. Siyahıda ikinci yerdə ÜDM-i 2,49 trilyon dollar olan Nyu-York qərarlaşıb. İlk üçlüyü isə 1,62 trilyon dollarlıq ÜDM ilə digər bir amerikalı nəhəng – Los-Anceles tamamlayır.

Daha sonra siyahıda London (1,47 trln dollar), Seul (1,42 trln dollar) və Paris (1,39 trln dollar) gəlir. Tədqiqatda vurğulanır ki, reytinqdə ilk onluğa düşən şəhərlər dünya ÜDM-nin təxminən üçdə birinə cavabdehdir.

MənbəBAKU.WS
Son xəbərlər
Digər xəbərlər