22 C
Baku
Thursday, May 9, 2024

Dünyanın ən xəsis milyonerləri

ABŞ-da aparılan müşahidələr göstərir ki, hər 4 amerikalı milyonerdən biri 100 dollardan baha olmayan ayaqqabı geyinir və hər 10-u isə öz kostyumuna maksimum 200 dollar pul ödəyir. Yalnız 50 faiz milyoner 240 dollardan baha olmayan saat almağa razıdır və onların üçdə bir hissəsi hələ 3 ili tamam olmamış avtomobil istifadə edirlər.

Dünyanın ən zəngin insanlarının sırasında elələri də var ki, onlar öz sərvətləri ilə öyünmürlər və gündəlik həyatda hamı üçün ümumi olan şeylərdən istifadə edirlər. Onlar digərləri tərəfindən möcüzə hesab edilir. Lakin tarix qeyri-adi xarakterli, az pul xərcləyən və hər şeyə qənaət edən milyonerlərə də şahid olub.

Ana pulu oğlunun ayağına dəyişdi

millioners1

20-ci əsrin dahi amerikalı maliyyəçisi Henrietta Xoulend Qrin dünyanın ən xəsis insanlarından biri idi. 1916-cı ildə ölümündən sonra 100 milyon dollardan artıq (təxminən hazırkı 20 milyard dollar) miras qoyan qadın plitədən istifadə etməyin bahalı olduğunu hesab etdiyi üçün öz yulaf yarmasını batareyada hazırlayırdı. Çikaqoda çoxlu sayda mülkə sahib olmasına baxmayaraq o, demək olar ki, bütün həyatını ucuz kirayə mənzillərdə yaşamaqla başa vurub. Bir dəfə hətta o bütün gecəni 2 sentlik poçt markasının axtarışında keçirib.

Lakin onun “qənaətcilliyinin” yüksək mərhələsini başqa bir hadisə təşkil edir: Henriettanın 3 gün ərzində pulsuz xəstəxana axtarması onun oğlunun ayağının amputasiya olunması ilə nəticələnir. Və nəhayət aşpazının bir şüşə südə “ödədiyi məbləğ” milyoner qadının 82 yaşında ölümünə səbəb olur.

Baba isə nəvəsinin həyatına…

millioners2

30 il əvvəl öz 4 milyard dolları ilə dünyanın ən varlı insanı hesab edilən neft kralı Con Pol Qetti demək olar ki, hər şeyə qənaət edirdi. Misal olaraq o, öz villasında qonaqlarının danışıq pullarını ödəməmək üçün taksofonlar (ictimai telefonlar) quraşdırmışdı. 1973-cü ildə onun nəvəsi Con oğurlandıqda baba 17 milyon girov pulunu ödəməkdən imtina etmişdi. O yalnızca nəvəsi Conun kəsilmiş qulağı olan zərfi aldıqda nəvəsinə mərhəmət hiss etdi. Lakin hətta bu halda da Qetti simiclik edərək 2,7 milyon dollar ödədi.

“Xruşşovka”da yaşayan milyarder

millioners3

“Forbes” jurnalında 4-cü yeri tutan amerikalı maliyyəçi Uorren Baffet (sərvəti – 53,5 milyard dollar) kifayət qədər köhnə və THRIFTY – yəni “qənaətcil” mənasını verən köhnə Lincoln Towncar maşını ilə Uoll Strit küçəsi ilə hərəkət edir. Hətta o, 40 il əvvəl 30 min dollara aldığı kiçicik evini də hələ ki, dəyişməyə tələsmir.
Baffet həyata qarşı etinasız olub, dəbdəbədən uzaq olmağa çalışsa da, onun şəxsi təyyarəsi istisnalıq təşkil edir. O “fast food”la qidalanmağı çox sevir, hətta o dərəcədə ki, hər gün nahar etdiyi restoranı alıb.

Təvazökar “Niva”

millioners4

Tetra Pak – qablaşdırma materialları istehsal edən şirkətin təsisçisi, varlı skandinaviyalı Hans Rausinq uzun müddət köhnə Morris Minor maşını ilə səyahət edirdi. Lakin bir neçə il əvvəl milyarder (sərvəti 8 milyard dollardan çox) avtomobilini dəyişmək qərarına gəldi və 12 illik rus “Niva”sını aldı. Yeri gəlmişkən, Rausinq mağazalarda ciddi endirimlər də əldə etdiyi ilə şöhrət qazanmışdır.

Həmsinifləri üzərində qurulan biznes

millioners5

İKEA şirkətinin təsisçisi və ən varlı isveçli olan İnqvar Kamprad (onun sərvəti 28 milyard dollar olaraq dəyərləndirilir) öz ilk gəlirini məktəb illərinin əvvəllərində qazanmağa başlamışdı. Gələcəyin mebel maqnatı qələm və pozanları topdan satın alaraq onları öz sinif yoldaşlarına üçqat baha qiymətə satırdı. Pulları isə yığırdı. O hətta indi də ucuz restoranlarda nahar edir, təyyarələrdə ucuz biletlərdən istifadə edir, hamı kimi avtobusla gedir və üç ulduzlu mehmanxanalarda gecələyir. Öz məzuniyyətini isə doğma İsveçdə hər hansı bir çayın qırağında balıq tutaraq keçirir.

İnqvar öz tabeliyində olan işçilərindən vərəqin hər iki üzündən istifadə etməyi tələb edir. Onun evində “köhnə kürsü və gözəl saat” istisna olmaqla bütün mebellər İKEA mağazasındandı. Bununla yanaşı, İnqvar 32 ildir eyni kürsüdən istifadə edir. O deyir: “32 ildir onu istifadə edirəm. Həyat yoldaşım hesab edir ki, kürsünün materialı artıq çirklənib və mənə yenisi lazımdır. Amma belə o yenidən heç fərqlənmir”.

Bütünlüklə virtual

millioners6

Məşhur internet axtarış saytlarından biri olan Google-ın yaradıcılarından, keçmiş rus, hazırki ABŞ vətəndaşı olan 33 yaşlı Sergey Brin təxmini 11 milyard dollar qazanıb. Lakin o heç də böyük olmayan 3 otaqlı mənzildə yaşayır və ucuz “Toyota” markalı avtomobili idarə edir. Baxmayaraq ki, Google reklam keçidi üçün hər daxil olmadan pul qazanır. “Yalnış milyarder” in nə yaxtası, nə də villası var. Onun hətta son model idman avtomobilidə yoxdur. Deyilənə görə Sergey, “Prius”adlı “Toyota” avtomobili ilə səyahət edir. Bu avtomobilin sürəti az olsa da, ekoloji cəhətdən zərərsizdir və tək benzinlə deyil, hətta elektriklədə işləyə bilir. Google-ın digər direktorları kimi Sergey də işə çox vaxt roliklərlə gəlir və fasilə vaxtı avtodayanacaqda rolikli xokkey oynayır. Şayiələrə görə, o tez-tez San-Fransiskodakı rus restoranlarına, xüsusilədə “Katina Çay evinə” baş çəkir.

Xəsis ulduzlar

millioners7

Bəzi şou-biznes ulduzlarının milyonlarla gəlirləri olsa da, onlar gündəlik xərclərində belə simiclik edirlər.

Bekhemlər cütlüyünün ulduzu və Spice Girls pop qrupunun solisti Viktoriya Bekhemi dəfələrlə Manchester stadionuna tərəf gedən tramvayda görüblər. Bu vaxtlar onun əri Manchester Uniteddə oynayırdı. Onun şəxsi hesabı 18 milyon dollar təşkil etsə də xanım Bekhemin ucuz alman şərabı olan Blue Nun-a olan asılılığı hamıya məlumdur. O bu şərabı daimi olaraq yerli supermarketlərdən əldə edir. Gündəlik geyimini isə o, Christian Dior və Versace-dən deyil, endirim mağazası olan “Matalan”dan alır. Xanım Bekhem bu mağazanı dəbdəbəli Top Shop-dan heç də geri qalmayan və öz sevimli geyim mağazası hesab edir.

millioners8

Uğurlu biznes fəaliyyəti sayəsində 72 milyon dollar qazanan Maykl Uinner bəzən özünü 6 min dollarlıq şəraba qonaq edir. Heç bir şey ona köhnə poçt zərflərini bir neçə dəfə istifadə etməyə və məhsulun bir damcısı belə ziyan olmasın deyə diş məcununun qabını hissələrə bölüb işlətməyə əngəl deyil.

millioners9

Öz parlaq karyerası sayəsində 150 milyon dollar qazanmış Madonna belə hər qəpiyinə qənaət etməyə adət edib. O müntəzəm olaraq Kensinqtondakı imarətinə gələn telefon danışıqlarını yoxlayır və işçilərin əmək haqqlarından telefon danışığına görə ödənilən pulu çıxır.

İmic heç nədir, əsas istəkdir

millioners10

Bir neçə il əvvəl britaniyalı milyoner Nikolas fon Hoogstraten (sərvəti təxmini 800 milyon dollar) öz həmkarını öldürməkdə günahlandırılaraq həbs olunmuşdu. Hoogstratenin evində axtarış aparan polislər media nümayəndələrinə qəribə tapıntı barədə məlumat veriblər. Belə ki, varlı şəxsin mətbəxində istifadə olunmuş çay paketləri aşkar edilmişdir. O, həmin çay paketlərini qurudub yenidən istifadə edirmiş. Bir ildən sonra milyoner azadlığa buraxılsa da onun haqqında olan fikirlər belə tezliklə dəyişilməyəcək.

İtə də olsa ərə getmək…

zamujs

23 yaşlı amerikalı aktrisa Wendy Dorcas kinorejissor-milyoner Roger Dorcas-la ailə həyatı qurdu. O Wendy-dən təxminən 3 dəfəyə qədər böyük idi. Wendy-nin hesablamalarına görə zamanla milyoner ərinin pulları onun hesabına keçəcək. Bir il ailə həyatından sonra Roger qəflətən vəfat etdi. Vəkillər vəsiyyətnaməni elan etdikdə Wendy qəzəbini gizlədə bilmədi, ona mirasdan sadəcə 1 sent çatırdı. Bütün qalan pulları (bu da ki, 64 milyon dollar edir) rejissor öz iti Maksimiliana vəsiyyət etmişdi.
Məhkəmə itin haqlı tərəf olduğunu elan etdi, lakin aktrisa milyonlara sahib olmağın yolunu tapmışdı. O Maksimiliana ərə getdi. Aydın olub ki, Dorcas itinə hesab açdığı zaman lazımi vergiləri ödəyə bilmək üçün iti ABŞ vətəndaşı kimi qeydiyyata aldırıb. İtin bütün sənədləri qaydasında olduğu üçün nikah hətta qanuniləşdirilib. Və nəhaət Maksimilian öldükdə “dul qadın” onun bütün varına sahib çıxdı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər