7 C
Baku
Thursday, March 20, 2025

Dünyanın ən xoşbəxt ölkəsi seçildi: İlk “3-lük”

Dünyanın ən xoşbəxt ölkəsinin adı məlum olub.

Finlandiya artıq səkkizinci ildir ki, ən xoşbəxt ölkə seçilir.

Bu qiymətləndirmə BMT-nin sifarişi ilə ekspertlər qrupu tərəfindən hazırlanan illik Dünya Xoşbəxtlik Hesabatında öz əksini tapıb.

İlk üçlüyə Danimarka və İslandiya da daxil olub.

Rusiya ötənilki hesabatdan 6 pillə irəliləyərək 66-cı yerdə qərarlaşıb.

ABŞ 24-cü, Ukrayna 111-ci yerdədi.

Əfqanıstan 147 ölkə arasında sonuncu yerdə qərarlaşıb.

Dünya Xoşbəxtlik Hesabatı 2012-ci ildən BMT Baş Assambleyasının təşəbbüsü ilə dərc olunur. Onun hazırlanmasında Gallup sorğu xidməti və Oksford Rifahın Öyrənilməsi Mərkəzi iştirak edir.

Tədqiqatçılar reytinq tərtib edərkən adambaşına düşən ÜDM, sosial dəstəyin səviyyəsi, gözlənilən ömür uzunluğu, vətəndaş azadlıqlarına riayət olunması, məşğulluq təminatı, korrupsiyanın səviyyəsi və s. kimi göstəriciləri nəzərə alırlar. Əsas kimi üç il ərzində toplanmış orta göstəricilər götürülür.

Reytinqin dərci martın 20-də qeyd olunan Beynəlxalq Xoşbəxtlik Gününə təsadüf edir.

Son xəbərlər
Digər xəbərlər