London Həyat Keyfiyyəti İnstitutu tərəfindən tərtib olunmuş yeni reytinqə əsasən, Kopenhagen dünyanın ən xoşbəxt şəhəri elan edilib.
İlk beşlikdə Sürix (İsveçrə), Sinqapur, Orxus (Daniya) və Antverpen (Belçika) qərarlaşıb.
Analitiklər reytinqi beş kriteriya üzrə tərtib ediblər: ümumi rifah (təhsil, dövlət dəstəyi, mənzil), idarəetmə (vətəndaşların cəlb edilməsi, açıq məlumatların əlçatan olması, elektron xidmətlər), ekologiya (yaşıllıqlar, havanın keyfiyyəti, emal səviyyəsi), səhhət (tibbi xidmət, psixoloji vəziyyət, iş və şəxsi həyat arasında balans), mobillik (nəqliyyat sistemi, xidmət keyfiyyəti, gediş haqqı, yol-nəqliyyat hadisələri).
Hər bir şəhər müəyyən olunmuş kriteriyalar üzrə ballarla qiymətləndirilib və sonda bu ballar toplanaraq yekun qərar verilib. Qazanılmış ballara görə şəhərlər üç kateqoriyaya bölünüb: “Golden Happiest”, “Silver” və “Bronze”. Ümumi reytinqə 200 şəhər daxil edilib.