22 C
Baku
Thursday, April 25, 2024

Dünyanın ən xoşbəxt və bədbəxt ölkələri

Bloomberg” agentliyi dünyanın ən xoşbəxt və ən bədbəxt ölkələrinin siyahısını tərtib edib.

Məlumata görə, “Misery” indeksi adı ilə tanınan reytinq inflyasiya və işsizliyin səviyyəsi əsasında ölkələrin rifah halını müəyyənləşdir.

Bu ilin araşdırmalarına əsasən, dünyanın iqtisadi cəhətdən ən bədbəxt ölkəsi Venesuela seçilib. Venesuela ikinci ildir ki, siyahıda 70 ölkə sırasında ən müvəffəqiyyətsiz ölkə kimi qeyd olunur. Belə ki, Venesuelada inflyasiya səviyyəsi 180%-ə çatır.

Siyahının sonuncusu, yəni sosial-iqtisadi göstəricilərinə görə “ən xoşbəxt” ölkə isə Sinqapurdur. Burada işsizlik səviyyəsi 1,4% azalaraq 1,9% təşkil edir, inflyasiya göstəricisi isə dünyada ən aşağı həddədir.

Trend

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər