11 C
Baku
Saturday, November 16, 2024

Dünyanın ən yaxşı bankları elan edildi

Global Finance nəşri dünyanın müxtəlif regionları və müxtəlif sahələr üzrə 2016-cı ilin ən yaxşı banklarının siyahısını (2016 World’s Banks) təqdim etdi. Dünyanın ən yaxşı banklarının tam siyahısı Global Finance jurnalının oktyabr buraxılışında nəşr ediləcək.

Nominasiyaların qalibləri son il ərzində nümayiş etdirdikləri göstəricilərə, həmçinin nüfuz və idarəetmə keyfiyyəti kimi bir sıra digər parametrlərə əsaslanaraq seçilmişlər. Bundan əlavə, nəşr maliyyə şirkətlərini idarə edən bankirlər və bütün dünya üzrə analitiklərlə konsultasiyalar aparmışdır.

2016-cı il üzrə dünyanın ən yaxşı 10 bankı aşağıdakılardır:

BNP Paribas — “Korporativ bank”, “Təminat kanallarının maliyyələşdirilməsi” kateqoriyasında ən yaxşı bank

BNP Paribas — maliyyə şirkəti Standard & Poor’s agentliyinin məlumatına görə dünyanın 6 ən güclü bankından biridir. Bankın baş ofisləri Paris, London və Cenevrədə yerləşir.

BNP Paribas qrupu 2000-ci ildə pərakəndə Banque Nationale de Paris və investisiya bankı olan Paribas-ın birləşməsi nəticəsində yaradılıb.

Royal Bank of Canada — “İstehlak bankı” kateqoriyasında ən yaxşı bank

 

Royal Bank of Canada (Kanada kral bankı) — ən böyük Kanada şirkəti olmaqla yanaşı Kanadanın ən nəhəng bankıdır. Həmçinin bazar dəyərinə görə dünyanın 12-ci nəhəng bankıdır.

Royal Bank of Canada özlüyündə fərdi və kommersiya bankçılığı, sərvətin idarəedilməsi, sığorta, investisiya və depozit xidmətləri, kapital bazarı kimi bölmələri birləşdirir. Bank 1864-cü ildə Galifaks-da yaradılıb.

Samba — “İslam maliyyə institutu” kateqoriyasında ən yaxşı bank

Samba Financial Group – Səudiyyə Ərəbistanında ən böyük bank şirkətidir. Ümumilikdə bank ölkə üzrə 66 filialı birləşdirir.

Bankın beynəlxalq fəaliyyətindən danışmalı olsaq, qeyd etmək lazımdır ki, şirkətin London, Qətər və Dubayda nümayəndəlikləri, həmçinin Pakistanın böyük şəhərlərində 28 bölməsi fəaliyyət göstərir.

Çinin sənaye və kommersiya bankı – “İnkişaf edən bazarlar üzrə ən yaxşı bank” kateqoriyasında ən yaxşı bank

Bu Çinin nəhəng kommersiya bankıdır və ölkənin nəhəng dövlət banklarının “Böyük dördlüyü”-nə daxildir. Bankın səhmləri dövlətə məxsusdur və bank 1984-cü ildə yaradılıb.

Qətər milli bankı — “Xarici bazarlar üzrə ən yaxşı bank” kateqoriyasında ən yaxşı bank

Qətər milli bankı – Qətərin kommersiya bankıdır və baş ofisi paytaxt Doha şəhərində yerləşir.

Northern Trust — “Qlobal depozitar” kateqoriyasında ən yaxşı bank

Northern Trust – beynəlxalq maliyyə xidmətləri təklif edən Amerika şirkətidir. Şirkətin baş ofisi Çikaqoda yerləşir.

Bank investisiyaları, səhmləri və fondları idarə etmə, bankçılıq xidmətləri göstərir və ABŞ-ın 18 ştatında 85, həmçinin Şimali Amerika, Avropa və Asiya-Sakit Okeanı regionunda 20 nümayəndəliyə sahibdir.

Standard Chartered Bank —“Regional depozitar” kateqoriyasında ən yaxşı bank

Standard Chartered Bank — Honqkonqun nəhəng banklarından biridir və Britaniyanın Standard Chartered bank qrupuna məxsusdur.

Bankın tarixi 1859-cu ildə Honqkonqda başlayıb. Bu zaman The Chartered Bank of India, Australia and China müstəmləkədə öz filialını yaradır. 1862-ci ildə Honqkonq rəhbərliyi banka yerli banknot buraxmaq imtiyazı verir (Standard Chartered Bank hələ də bu hüquqa sahibdir).

UBS — “İnvestisiya bankı” kateqoriyasında ən yaxşı bank

UBS Group AG — bütün dünya üzrə müxtəlif maliyyə xidmətləri göstərən nəhəng İsveçrə şirkətidir.

Bankın baş ofisi Zürihdə yerləşir.

Societe Generale — “Səhmlərlə derivativ müqavilələr üzrə ən yaxşı bank” kateqoriyasında ən yaxşı bank

Bu  Avropada ən böyük fransız maliyyə şirkətlərindən biridir və baş ofisi Paris şəhərində yerləşir.

Citi – “Nağd vəsaitləri idarə etmə”, “Ticarət maliyyələşməsi üzrə ən yaxşı”, “Valyuta mübadiləsi” kateqoriyasında ən yaxşı bank

Citigroup – nəhəng beynəlxalq maliyyə şirkətlərindən və maliyyə sahəsində xidmət üzrə dünya liderlərindən biridir.

Son xəbərlər
Digər xəbərlər