3 C
Baku
Saturday, December 14, 2024

Dünyanın ən yaxşı bankları hansılar oldu?

Global Finance jurnalının hesabatında İslam bankçılığı və inkişaf etməkdə olan ölkələrin maliyyə təşkilatları da daxil olmaqla dünya bankları 12 kateqoriya üzrə qiymətləndirilmişdir. Reytinq təşkil edilərkən ötən il ərzində məhsuldarlıq, nüfuz və  idarəetmə sisteminin effektivliyi kimi cəhətlər əsas götürülmüşdür. Yekun qərar isə bankirlər və analitiklər ilə konsultasiyalar edildikdən sonra verilmişdir.

Beləliklə, ən yaxşı istehlak bankı ispan, ən yaxşı korporativ bank yapon, ən yaxşı investisiya bankı isə amerikan bankı oldu.

Mitsubishi UFJ Financial (MUFG) korporativ bankı. Kapitalizasiyası: $89,08 milyard. Ölkə: Yaponiya. Yaradılıb: 2005.

Banco Bilbao Vizcaya Argentaria, С.А. (BBVA) istehlak bankı. Kapitalizasiyası: $56,640 milyard. Ölkə: İspaniya. Yaradılıb: 1857.

İnkişafda olan ölkələr –  ING Groep Н.В. (ING). Kapitalizasiyası: $57,52 milyard. Ölkə: Hollandiya. Yaradılıb: 1991.

Məhdud maliyyə bazarları –  Standard Bank. Kapitalizasiyası: $18,09 milyard. Ölkə: Cənubi Afrika. Yaradılıb: 1862.

Hüquqi şəxslərin aktivlərinin idarə edilməsi – Deutsche Asset & Wealth Management (Deutsche Bank-ən bir hissəsi). Kapitalizasiyası: $39,99 milyard. Ölkə: Almaniya. Yaradılıb: 1870.

Qlobal depozitləşdirmə – BNY Mellon. Kapitalizasiyası: $43,18 milyard. Ölkə: ABŞ. Yaradılıb: 2007.

J.P. Morgan Chase & Co. – İnvestisiya bankı. Kapitalizasiyası: $231,36 milyard. Ölkə: ABŞ. Yaradılıb: 2000.

Pul vəsaitlərinin idarə edilməsi – Citi. Kapitalizasiyası: $155,76 milyard. Ölkə: ABŞ. Yaradılıb: 1812.

Beynəlxalq hesablaşmalar –  HSBC. Kapitalizasiyası: $140,87 milyard. Ölkə: Çin. Yaradılıb: 1865.

Əcnəbi valyuta mübadiləsi –  Citi. Kapitalizasiyası: $155,76 milyard. Ölkə: ABŞ. Yaradılıb: 1812.

Albaraka – İslam bankı. Kapitalizasiyası: $1,21 milyard. Ölkə: Bəhreyn. Yaradılıb: 2002.

Citi – Depozit bankı. Kapitalizasiyası: $155,76 milyard. Ölkə: ABŞ. Yaradılıb: 1812.

Son xəbərlər
Digər xəbərlər