15 C
Baku
Friday, March 29, 2024

Dünyanın ən yaxşı universitetlərinin adları açıqlanıb

Harvard Universiteti dünyanın 100 ən yaxşı ali məktəblərinin siyahısında lider mövqeyini qoruyub saxlayır.

Banker.azın Roundranking.com saytına istinadla xəbər verir ki, 2019-cu ildə dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəlində (Round Univercity Ranking) 74 ölkədən 820 ali məktəbin adı var. Qlobal reytinq cədvəli 2010-cu ildən dərc edilir. Hər bir ali məktəb iyirmi ayrı parametr, o cümlədən təhsilin keyfiyyəti, beynəlmiləlçilik və maliyyə dayanıqlığı meyarları ilə qiymətləndirilir.

Reytinq cədvəlində ABŞ universitetləri liderlik edirlər. Harvard Universiteti ilə yanaşı, bu ölkənin Stanford, Yel, Kolumbiya, Kaliforniya, Massaçusets Texniki universitetləri, həmçinin Böyük Britaniyanın London İmperiya Kolleci, Oksford və Kembric universitetləri və İsveçrənin Sürix Universiteti də ilk onluğa daxil olublar.

Ölkələr arasında ikinci yeri isə 74 universitetlə Rusiya tutur. Bu ölkənin 5 ali məktəbi ilk yüzlüyə daxil olub. Moskva Dövlət Universiteti siyahıda 38-ci, Tomsk Dövlət universiteti isə 59-cu yerə layiq görülüblər.

Reytinq cədvəlində MDB ölkələrinin 30 ali məktəbi ilk 500 universitet sırasına daxil edilib./azertag

Son xəbərlər
Digər xəbərlər