“Forbes” jurnalının hesablamalarına görə, bazar ertəsi günü dünyanın ən zəngin adamları 68 milyard dollar itiriblər. Bu, S&P 500 (kapitallaşmasına görə ən böyük şirkətlər) indeksinin 12%, Dow Jones (ABŞ-ın 30 ən böyük şirkəti) indeksinin isə 13% azalması fonunda baş verib. Banker.az “Forbes”ə istinadən xəbər verir ki, mütəxəssislərin qeyd etdiyi kimi, bu, 1987-ci ildən bəri qeydə alınan ən böyük itkidir.
Zərər çəkənlər sırasına daxildir:
– “Facebook” un təsisiçisi Mark Çukerberg: 8,8 milyard dollar itirib, sərvəti – 54,3 milyard dollar;
– “Microsoft” un sabiq rəhbəri Stiv Balmer: 6,9 milyard dolar itirib, sərvəti – 51,2 milyard dollar;
– “Oracle” şirkətinin təsisçisi Larri Elison: 6 milyard dollar itirib, sərvəti – 54,5 milyard dollar;
– “Microsoft” un təsisçisi Bill Qeyts: 5,8 milyard dollar itirib, sərvəti – 50,3 milyard dollar;
– “Berksihre Hathaway” investisiya fondunun rəhbəri Uorren Baffet: 5,5 milyard dollar itirib, sərvəti – 70,5 milyard dollar;
– “Google” un həmtəsisçisi Larri Peyc: 5,5 milyard dollar itirib, sərvəti – 50,3 milyard dollar;
– “Amazon” nun təsisçisi və rəhbəri Ceff Bezos: 5,3 milyard dolar itirib, sərvəti – 105,1 milyard dollar;
– “Google” un həmtəsisçisi Sergey Brin: 5,3 milyard dollar itirib, sərvəti – 48,5 milyard dollar;
– “Louis Vuitton” və “Dior” şirkətlərinin sahibi Bernar Arno: 4,5 milyard dolar itirib, sərvəti – 79,9 milyard dollar;
– Telekom-maqnat Karlos Slim: 3,7 milyard dollar itirib, sərvəti – 50,8 milyard dollar;
Qeyd edildiyi kimi, milyarder Maykl Blumberg və Çarl və Culiya Koxun sərvəti azalmayıb. Hesablamalara görə, hal-hazırda Bloombergin sərvəti 50,9 milyard dollar, Kox ailəsinin sərvəti isə 40 milyard dollar təşkil edir.