27 C
Baku
Friday, May 30, 2025

Zəngin insanlar qızıl ehtiyatlarını saxlamaq üçün Sinqapuru seçirlər

Dünyanın ən varlı insanları dünyada baş verən iqtisadi və geosiyasi qeyri-sabitlik səbəbindən qızıl ehtiyatlarını getdikcə daha çox ofşor zonalara köçürürlər. CNBC xəbər verir ki, Sinqapur qiymətli metalların saxlanması sahəsində liderdir.

Telekanal nümunə kimi ən böyük yerli qiymətli metallar saxlama anbarı olan “The Reserve”i göstərir. Burada 1,5 milyard dollar dəyərində qızıl və gümüş külçələr saxlanılır. Anbarın özünün məlumatına görə, bu ilin əvvəlindən aprel ayına qədər qiymətli metalların yerləşdirilməsi üzrə sifarişlərin sayı 2024-cü illə müqayisədə 88% artıb.

“Bir çox varlı müştərilər tariflərə, dünyada baş verən dəyişikliklərə, potensial geosiyasi qeyri-sabitliyə diqqət yetirirlər”, – deyə “The Reserve”nin baş direktoru Qreqor Qreqersen söyləyib. Onun sözlərinə görə, şirkət saxlama sifarişlərinin 90%-ni xaricdən alır.

Son xəbərlər
Digər xəbərlər