Bu ilin yanvar-oktyabr aylarında xalis sərvəti ən çox azalan dünyanın 10 milyarderi ümumilikdə 120.67 mlrd. ABŞ dolları itirib.
“Bloomberg Billionaires Index”in (BBI) verdiyi məlumata görə, 2020-ci ildə ən çox itkilərlə üzləşən ispaniyalı iş adamı Amansio Orteqa olub. Dünyanın 88 ölkəsində 6 750 geyim mağazasına sahib olan, “Inditex” şirkətinin təsisçisi və keçmiş prezidentinin builki sərvəti 23.2 mlrd. dollar (-30.8%) azalaraq 52.2 mlrd. dollara enib. Bu il ən kəskin itkilərlə üzləşənlər sırasında ikinci yerdə Fransanın LVMH (“Louis Vuitton Moet Hennessy”) şirkətlər qrupunun baş meneceri Bernar Arno qərarlaşıb. Hesabat dövründə onun sərvəti 19.8 mlrd. dollar (-18.8%) azalaraq 85.5 mlrd. dollara bərbər olub.
Rusiyanın ən böyük özəl neft-qaz şirkəti sayılan “Lukoil”in rəhbəri, əslən azərbaycanlı Vahid Ələkbərov da bu il sərvəti ən çox azalan milyarderin ilk onluğuna daxil olub və 7-ci pillədə qərarlaşıb. Belə ki, V. Ələkbərov bu il 8.5 mlrd. dollar (-38.2%) itirərək, xalis sərvətini 13.8 mlrd. dollara qədər azaldıb.
Bu il ən çox pul itirən 10 milyarder:
# | Milyarder | Azalma, mlrd. $ | Sərvəti, mlrd. $ | Ölkə |
1 | Amansio Orteqa | 23.2 | 52.2 | İspaniya |
2 | Bernar Arno | 19.8 | 85.5 | Fransa |
3 | Karlos Slim | 15.2 | 45.1 | Meksika |
4 | Uorren Baffet | 13 | 76.3 | ABŞ |
5 | Şeldon Adelson | 9.49 | 29.1 | ABŞ |
6 | Ç. Sirivadhanabhakdi | 9.15 | 10.4 | Tayland |
7 | Vahid Ələkbərov | 8.5 | 13.8 | Rusiya |
8 | Çarlz Kox | 7.8 | 54.2 | ABŞ |
9 | Culiya Fleşer Kox | 7.8 | 54.2 | ABŞ |
10 | Leonardo del Vekio | 6.73 | 18.7 | İtaliya |