3 C
Baku
Saturday, December 14, 2024

Dünyanın ən zəngin klanları növbəti 5 ilin əsas risklərini açıqlayıblar

ABŞ və Cənub-Şərqi Asiyadakı milyarder ailələr vergi artımını növbəti beş il ərzində ən böyük risk adlandırıblar. “UBS Global Family Office”in sorğusu bu ilin yanvar-mart aylarında keçirilib. Burada 320 respondent iştirak edib, hər bir iştirakçı ailənin orta xalis gəliri 2.6 milyard dollar olaraq qiymətləndirilir.

“UBS”in sorğusuna əsasən, ABŞ-də respondentlərin 73%, Cənub-Şərqi Asiyada isə 59%-i növbəti beş il ərzində vergi artımını əsas risk adlandırıb. Böyük geosiyasi münaqişə ABŞ-də milyarder ailələrinin 55%-i, Cənub-Şərqi Asiyada isə 52%-i tərəfindən ən əhəmiyyətli risk hesab olunur. Yaxın Şərqdə respondentlərin 57%-i İsrail və Fələstinin islamçı HƏMAS qrupu arasındakı müharibəyə baxmayaraq, qarşıdakı beş ilin əsas riskini “maliyyə bazarı böhranı”nı hesab edir.

Avropalı respondentlərin təqribən 71%-i geosiyasəti növbəti beş ildə ən böyük risk hesab edir, ikinci yerdə iqlim dəyişikliyi dayanır. Ümumilikdə, araşdırma göstərir ki, bütün regionlardakı ailə ofisləri həm növbəti on iki ay, həm də beş il ərzində siyasətə əsas risklərdən biri kimi istinad edirlər.

“Bloomberg” qeyd edir ki, sorğu ABŞ prezidenti Co Baydenin təklif etdiyi milyarderlər üçün minimum vergidən tutmuş Sinqapurun əmlak və avtomobil tariflərini yüksəltmək səylərinə qədər dünya hökumətlərinin səyləri fonunda keçirilib.

Bayden 2022-ci ildə milyarderlərin gəlirlərinə minimum 20% vergi tətbiq etməyi təklif edib və həmçinin ildə 1 milyard dollardan çox mənfəəti olan korporasiyalar üçün 15% vergini təsdiqləyib. 2024-cü ilin martında “Bloomberg” yazıb ki, Amerika prezidenti faiz dərəcəsini 21%-ə çatdırmağı planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər