15 C
Baku
Thursday, September 19, 2024

Dünyanın əsas fond indeksləri – 16.01.2024

Dünya fond indeksləri 2024-cü ilin 16 yanvarına olan gösətəricisinə görə, ən çox Honkonqun “Hang Seng” indeksi dəyər itirib. Geosiyasi hadisələrdən dolayı, bu regionda olan bütün indekslər açılışdan bu tərəfə dəyər itirir.

Banker.az bildirir ki, “Hang Seng” açılışdan bu tərəfə 2% üzərində, Avstraliya indeksi 1.41% dəyər itirib. Xatırladaq ki, Tayvandakı prezident seçkilərində qalib tərəf hazırda Çinlə inteqrasiyaya əks fikirdədir. Dünya bazarları bu arealı diqqətlə izləyir. Hazırda Çinin öz ərazisi kimi iddia etdiyi adadakı hadisələrə nə qədər dözümlülük görsətəcəyi diqqət mərkəzindədir.

Əsas indekslərdən – sənaye indeksi Dow Jones son sessiyada 0.31% düşdüyü halda, S and P və texnoloji indeks NASDAQ cüzi artım göstərib.

Avropada Almaniya DAX-ı 0.5%, Britaniya  FTSE-si 0.4% və Fransa CAC-ı 0.7% tən gün dəyər itiriblər.

43243242323432423 3

Son xəbərlər
Digər xəbərlər