Dünyanın əsas fond indeksləri ötən gün də itkilərini davam etdirdilər. ABŞ dollarının birjalarda bahalaşması bir çox ölkələrdə risk iştahını azaltdı.
Banker.az xəbər verir ki, ABŞ-nin sənaye indeksi Dow Jones həftəlik itkisini 1.2%, S&P500 0.9% və texnoloji indeks NASDAQ 0.8%-ə çatdırdı.
Avropada. Almaniya DAX-ı təkcə bir sessiyaya 0.9%, Britaniya FTSE-si 1.5%, Fransa CAC-ı 1.1% düşməli oldu.
Günə daha erkən oyanan Asiya bazarlarında fərqli istiqamətdədir. Yaponiya NIKKEI-i hazırki sessiyada cüzi düşdüyü halda, Şanxay, Hang Seng və KOSPI yüksəlib.