26 C
Baku
Sunday, June 23, 2024

Dünyanın əsas fond indeksləri – NVIDIA bir günə $277 mlrd. dəyər qazandı ( 23.02.2024)

Ötən gün ABŞ dolları ilə bağlı gözləntilər və eləcə dəbir neçə ölkədən gələn müsbət iqtisadi indikatorlar investorlar üçün risk iştahını yüksəltdi. Əksər ölkələrin fond birjaları yamyaşıl ekarana bürünmüşdü.

Banker.az xəbər verir ki, ABŞ-nin sənaye indeksi Dow Jones-i dünən 1.2%, 500 ən iri şirkətin fond indeksi S&P500 2.1% və texnoloji indeksi NASDAQ 3% artım göstərdi. Əsasən də diqqətlər texnoloji indeksə yönəlmişdi ki, buna da səbəb NVDIA kimi “boom” dövrünü yaşayan texnoloji nəhəng üçün önəmli maliyyə hesabatı açıqlandı. Hesabatın gözləntiləri üstələməsi şirkətin səhmlərini dünən 16% artırmaqla $785-i keçdi. Əlavə əlamətdar göstərici isə bazar dəyərinin bir sessiya ərzində 277 mlrd. dollar yüksəlməsidir və bu da dünya tarixində rekorddur.

Günə erkən start verən Yaponiyada NIKKEI bu gün daha 2.13% artmaqla 38 ilin ən yüksək həddinə qayıtmış oldu.

Avropada Almaniyadan savayı digər ölkələrdən müsbət xəbərlər fond indekslərini bir qədər də gücləndirdi. Almaniyada DAX tarixi maksimum olan 17 370 bəndə qədər çatdı.

💱Birja ilə bağlı vacib xəbərləri “Investisiya” kanalımızda izləyə bilərsiniz. Burada siz investisiya, əmtəə və birbaşa ticarət əlaqəli son xəbərləri tapacaqsınız.

34567890876543212345678903456789087654321234567890

Son xəbərlər
 ⁠
Digər xəbərlər