“Brand Finance” in ekspertləri dünyanın ən bahalı avtomobil istehsalçılarının adlaırnı açıqlayıb. Avtomobil istehsalçılarının qiymətləndirilməsinə brendin dəyəri nəzərə alınmışdır.
- Renault Group
Renault Group – Fransanın avtomobil istehsaçısıdır. Qeyd edək ki, “Renault” altı dəfə “İlin Avropa avtomobili” nominasiyasına layiq görülüb.
- Geely Auto
Çinin “Geely” avtomobil istehsalçısı da həmçinin ilk onluğa daxildir. Brendin dəyəri 18 milyard dollar təşkil edir ki, bu da ötən il ilə müqayisədə 16,2% çoxdur.
- Nissan Motor Company
Nissan Motor Company – yapon avtomobil istehsalçısıdır. Şirkət 1933-cü ildə təsis edilib, müəssisələri Yaponiya, Böyük Britaniya, ABŞ, Meksika, CAR və digər ölkələrdə yerləşir.
- Ford
Ford – amerikan avtomobil istehsalçısıdır. Şirkət çoğrafi amil üzrə üç struktura bölünür: Ford North America, Ford Asia Pacific və Ford of Europe.
- General Motors
General Motors – dünyanın ən böyük avtomobil korporasiyalarından biridir. Hal-hazırda, bu markalar “General Motors”a məxsusdur: “Buick, “Cadillac”, “Chevrolet”, “GMC” və “Holden”.
- Honda
Honda – beynəlxalq sənaye şirkətidir, Yaponiyanın motosiklet istehsalçısıdır, dünyanın ən bahalı avtomobil istehsalçılarının ilk onluğuna daxildir. Əsas istehsal gücü Yaponiya, ABŞ, Hindistan və Braziliya ərazisində yerləşir.
- BMW Group
BMW Group – avtomobil, motosiklet, mühərrik və velosiped istehsalçısıdır. Şirkətin əsas istehsal güvü Almaniya ərazisində yerləşir (Dinholfinq, Regensburq, Leypsiq, Münhen). Bundan əlavə, avtomobillər Tailand, Malayziya, Hindistan, Misir, CAR, Vyetnam və ABŞ-da (Spartanberq) yığılır.
- Toyota
Dünyanınb ən bahalı avtomobil istehsalçıları sırasında “Toyota” üçüncü yeri tutur. Brendin dəyəri 72,8 milyard dollar təşkil edir.
- Daimler
İkinci yerdə “Daimler” dayanır. İl ərzində bu brendin dəyəri 10,4% artaraq 76,3 milyard dollara çatıb.
- Volkswagen
Siyahın lideri “Volkswagen” dir. Ötən il ilə müqayisədə şirkətin dəyəri 9% artaraq 113,6 milyard dollara çatıb.