Daşınmaz əmlaklar barədə məlumat toplayan Emporis kompaniyasının gətirdiyi statistikaya əsasən bu gün dünyada dəyəri 1 milyard dollar və ondan daha baha olan 10 bina mövcuddur. Onlardan üçü Asiya və yaxın Şərqdə, ikisi Avstraliyada, qalanları isə Şimali Amerikada yerləşir. Göydələnlərdən yeddisinin dəyəri bərabərdir, digər üçü isə onlardan daha bahadır.
Əgər binaların hündürlüyü buludlara çatırsa, bu hələ o demək deyil ki, onlar planetin ən bahalı tikililəridir. Məsələn Bürc-Xəlifə, dünyanın ən hündür göydələni bu siyahıda ikinci yeri tutur və o birincilik zəfəri qazanmış Taybey 101-dən 260 milyon dollar daha ucuzdur.
10. Palazzo Oteli, Las-Veqas
Dəyər: 1,00 milyard dollar.
Hündürlük: 196 m
Otel Palazzo hündürlüyünə görə Las-Veqasın ən ikinci binasıdır, birinci yerdə isə hələ tamamı ilə tikilib qurtarmamış Fontainebleau Resort Las-Veqas dayanır .Qonaq nömrələrindən başqa burada kazino, ticarət mərkəzi, kinoteatr və maşın dayanacağı vardır. Bina 2004-2007-ci illərdə HKS kompaniyasının layihəsi əsasında tikilib. Burada 53 yerüstü və 4 yeraltı mərtəbə var. Palazzodakı otaq nömrələri bütün şəhərdə öz genişliyinə görə seçilir. Burada şəhərin ən böyük nömrələrinə rast gəlmək olar. Onların hər birini sahəsi təqribən 67 m²-dir. Bu həm də LEED sertifikatı ilə təltif olunmuş ABŞ-ın ən hündür binasıdır. Otel həm də “Ouşenin 13 dostu” filmində diqqət mərkəzindədir.
9. SunTrust maliyyə mərkəzi, Tampa
Dəyər: 1,00 milyard dollar
Hündürlük: 160 m
SunTrust maliyyə mərkəzi Floridada yerləşir. 36 mərtəbəli ofis binasının proyekti elə çizilmişdir ki, o çox güclü, sürəti 180/km saata çatan küləklərə tab gətirə bilsin, çünki ABŞ-ın bu hissəsində belə küləklər çox sıx-sıx müşahidə olunur. Binanın tikintisi zamanı 30,6 min kub metr beton və 44 min tondan artıq poladdan istifadə edilib. Mərkəz 1990-1992-ci illərdə Cooper Carry kompaniyasının layihəsi əsasında hazırlanıb. Sun Trast Tampada hündürlüyünə görə dördüncü ən hündür binadır.
8. Otel Niagara Falls Hilton Phase 2, Niagara-Folls
Dəyər: 1,00 milyard dollar.
Hündürlük: 177 m
Niagara Falls Hilton Phase 2009-cu ildə tikildiyindən bəri Kanadanın ən hündür oteli hesab olunur. Onun pəncərələrindən şəlaləyə təkrarolunmaz və unudulmaz bir mənzərə açılır. Dizayn Stanford Downey Architects kompaniyası tərəfindən tərtib edilib. Oteldə 500-dən çox nömrə, 4 restoran, maşın dayanacağı, hovuz və 1000 nəfərlik yeri olan konfrans zalı vardır. Yeri gəlmişkən restoranlardan biri binanın damında yerləşir
7. Myer mərkəzi, Adelaida
Dəyər: 1,00 milyard dollar.
Hündürlük: 75 m
Myer mərkəzinin binası çox təsadüfən ən bahalı yerlərdən birinə çevrildi. Tikinti gözləndiyindən çox uzun çəkdiyi üçün, 1988-ci ildən 1991-ci ilə qədər, xərclər planlaşdırılmış 443 milyon dollardan daha çox oldu. 18 mərtəbəli binanın dizaynını memar Xardi Milatso yaradıb. Burada ofislər, ticarət mərkəzləri, müxtəlif dükan, restoran və dayanacaqlar vardır. Ticarət meydanları hündürlüyü 8 mərtəbə (34 metr) olan atriumun ətrafında qalereya şəklində yerləşdirilib. Binada həmçinin 5 yeraltı mərtəbədə fəaliyyət göstərir.
6. Otel MGM Grand Resort & Casino, Las-Veqas
Dəyər: 1,00 milyard dollar
Hündürlük: 89 m
MGM Grand Resort & Casino – bu planetin ən iri otellərindən biri və Las-Veqasın ən çox ziyarət olunan görməli yerlərindən biridir. 30 mərtəbəli binanın üç cinahı vardır ki, bunlar da xaç şəkilində yerləşdirilib. Burada 30 min kvadrat metr ərazidə sərgi zalları və konfrans mərkəzləri vardır. Otel-kazino 1991-1993-cü illərdə, bir neçə büronun memarlarının layihəsi əsasında tikilib: Veldon Simpson-Architect, Bermello Ajamil & Partners və Klai Juba Architects. Binanın önündəki meydançaya isə qızıl suyuna çəkilmiş iri pələng heykəli yaraşıq verir.
5. Chifley Qülləsi, Sidney
Dəyər: 1,00 milyard dollar
Hündürlük: 241 m
Chifley qülləsi Avstraliyanın ən nüfuzlu ofis və ticarət mərkəzlərindən biridir. Bina Sidneyin ən hündür hissəsində yerləşir. Bu emblem xarakterli istehkam Kohn Pederson Fox & Associates kompaniyasının proyekti əsasında ucalıb. Tikili özündə ofisləri, dükanları və 185 metr hündürlükdə yerləşən restoranı birləşdirir. Binanın güclü küləklərə tab gətirməsi üçün, onun damının üzərində 400 ton çəkisi olan, nəhəng polad dayaq quraşdırılmışdır. Chifley qülləsi Sidneydə tamamı ilə polad karkasdan ibarət ilk göydələn olmuşdur. Tikinti bir neçə il, 1988-1993 çəkmişdir
4. Bank Amerika qüllələrinin binası, Nyu-York
Dəyər: 1,00 milyard dollar
Hündürlük: 366 m
Bank Amerikanın qüllələrinin binası 2004-2009-cu illərdə ucaldılıb. Qüllələr dekonstruktivzm üslubunda tikilib, buna görə o, sanki, sakit şəhər həyatına müdaxilə edən aqressiv bir görkəm ilə seçilir, binanın mürəkkəb quruluşu, çətin və iti döngələr də bu aqressivliyi vurğulamağı xidmət edir. Proyekt Cook & Fox Architects firması tərəfindən yaradılıb. 2005-ci ildə Popular Science jurnalı onun ən ambisiyalı ekoloji göydələn adlandırdı. Binada qazogenerator vardır ki, o binanın il ərzində saxlanması üçün lazım olan enerjinin üçdə ikisi istehsala edir, bundan əlavə külək turbinləri vardır ki, onlarda elektrik enerjisi istehsal etməyə icazə verir.
3. Vağzal Kioto
Dəyər: 1,25 milyard dollar
Hündürlük: 70 m
Kiota vağzalı dünyanın nəhəngliyinə görə ikinci ən böyük vağzaldır, birinci yerdə Naqoe dayanır. Binanı məxsusi şöhrət qazandıran isə onun şüşədən tökülmüş, futuristik fasadıdır. Bütün bunlar isə memar Xiroşi Xananın zəngin təxəyyülünün məhsuludur. Binanın 15 yerüstü və 3 yeraltı mərtəbəsi vardır. Bu təkcə dəmir yolu vağzalı olmayıb, həm də özündə eyni zamanda avtobus dayanacağını və metro stansiyalarını birləşdirir. Adət etdiyimiz gözləmə zalı və kassalardan əlavə vağzal kompleksi özündə ofis, muzey, restoran, supermarket, qonaq otaqlarını (mehmanxana nömrələri), avtomobil parkları və kinoteatrı da əhatə edir. Nəhəng ekskalator sərnişinləri 9 mərtəbə hündürlüyünə qaldırır. Binanın ərsəyə gəlməsindən ötrü iki il vaxt, 1995-1997 lazım olmuşdur,
2. Bürc-Xəlifə, Dubay
Dəyər: 1,50 milyard dollar.
Hündürlük: 828 m
Bu gün Bürc-Xəlifə dünyada mövcud olan binaların ən hündürüdür. Amma bahalığına görə o, cəmi ikinci yerdə dayanır. Indi Dubayın bütün dünyada vizit kartına çevrilmiş bu binanı proyektini Skidmore, Owings and Merill kompaniyasından olan memarlar qurmuşdur. Tikinti zamanı 330 min kub metr beton və 314 min ton polad istifadə edilib. Inanın təməlinin qoyulmasına isə ümumilikdə çəkisi 110 min ton olan 45 min kub metr beton sərf olunub. 163 mərtəbəli binada mənzillər, mehmanxana nömrələri, otellər, ofislər və restoranlar yerləşir. Qüllədə 8 ədəd ekskalator, 57 ədəd ikimərtəbəli lift və 3000 dayanacaq yeri vardır. Binanın inşası 2004-cü ilin martından 2010-cu ilin yanvarına qədər davam edib.
1. Taybəy 101, Taybəy
Dəyər: 1,76 milyard dollar
Hündürlük: 509 m
Dünyanın ən qiymətli binası Taybəydə, Çin Respublikasının ərazisində yerləşir. Dizaynın yaradılması zamanı C.Y. Lee & Partners ənənəvi çin memarlıq üslubundan ilham almışdır, buna görə vizual baxımdan qüllə çinin budda məbədinə oxşayır. Layihənin bir çox aspektləri fen-şuy ustası ilə razılaşdırılıb. Konsepsiyanın əsasında isə səkkiz rəqəminin təkrarlanması dayanır: binanın xarici divarları yuxarı doğru genişlənən səkkiz şöbədən ibarətdir, binaya dayanıqlıq verən sütunların sayı da səkkizdir və kimi digər nüanslar..Çin mədəniyyətində bu rəqəmin uğur gətirdiyi hesab olunur. Taybey 101 dünyada hündürlüyü yarım kilometrlik həddi üstələyən ilk bina olmuşdur. Bu binada da Bürc-Xəlifədə olduğu kimi iki mərtəbəli unikal liftlər fəaliyyət göstərir. Binanın tikintisi 1999-cu ildən 2004-ə qədər davam edib.