Pakistanın ikinci ən böyük şəhəri olan Lahor iyun ayında havanın çirklənməsi göstəricilərinin kritik həddə çatması ilə dünyanın ən çirkli meqapolisi olub. Hava keyfiyyəti indeksinə (AQI) görə ən çirkli 10 şəhər aşağıdakılardır:
- Lahor, Pakistan — 211 AQI
- Bağdad, İraq — 173 AQI
- Cakarta, İndoneziya — 166 AQI
- Kampala, Uqanda — 163 AQI
- Kinşasa, Konqo — 142 AQI
- Qüds, İsrail — 120 AQI
- Santyaqo, Çili — 117 AQI
- Dehli, Hindistan — 114 AQI
- San-Paulu, Braziliya — 112 AQI
- Əl-Küveyt, Küveyt — 110 AQI
2025-ci ildə Pakistanda havadakı incə dispers hissəciklərin (PM2.5) orta illik konsentrasiyası Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunan normanı 17,8 dəfə üstələyib. Bu göstəriciyə görə Pakistan dünyanın ən çirkli havasına malik ölkəsi hesab olunur.






