14 C
Baku
Friday, November 22, 2024

Dünyanın 10 ən gəlirli tətbiq tərtibatçısı

Dünyanın ən böyük mobil məlumat bazarı provayderi olan “App Annie” nin mütəxəssisləri ən çox gəlir gətirən tətbiq tərtibatçılarının siyahısını hazırlayıb. 

Ümumilikdə siyahıya 2019-2020-ci illərdə böyük mənfəət alan 52 şirkət daxildir. Qeyd edildiyi kimi, siyahıda Asiya şirkətləri üstünlük təşkil edir – 27 şirkət. 

  1. InterActiveCorp

InteractiveCorp brands

InterActiveCorp – 1995-ci ildə qurulan amerikan İnternet-korporasiyasıdır. Hal-hazırda yüz ölkədə 150-dən çox brendi idarə edir. Korporasiyanın əsas fəaliyyət sahələrinə ask.comabout.com axtarış saytları, Tinder, match.com tanışlıq xidmətləri və Vimeo onlayn video xidmətini misal göstərmək olar. 

  1. Playtika

playtika offices montreal 2 1200x806 1

Playtika – mobil platformalar və sosial şəbəkələr üçün slot-oyunları inkişaf etdirən İsrail şirkətidir. 2010-cu ildə yaradılıb, 1500 nəfər işçisi və 6 milyondan çox aktiv oyunçusu var. Məhsulları arasında Slotomania, Bingo Blitz, Caesars Casino, House of fun, WSOP və digərləri misal göstərmək olar. 

  1. Sony

f44

Sony – baş ofisi Tokioda yerləşən yapon korporasiyasıdır. Şirkət 1946-cı il 7 may tarixində təsis edilib, ev və peşəkar elektronika, oyun konsolları və digər yüksək texnoloji məhsulların istehsalı üzrə ixtisaslaşıb. “Sony” dünyanın ən böyük konqlomeratlarından biridir, Sony Music EntertaintmentEMI səsyazma, Columbia PicturesTriStar Rictures film studiyalarına sahibdir. 

  1. Playrix

playrix minPlayrix – free-to-play mobil oyunların tərtibatçısıdır. Hal-hazırda 2 mindən çox işçisi var. Məhsulları sırasında Township, Fishdom, Gardenscapes, HomescapesWildscapes oyunlarını misal göstərmək olar.

  1. Netmarble

Netmarble

Təkcə Marvel Future Fight oyunu 2015-ci ilin aprelindən bəri 50 milyon dəfədən çox yüklənmişdir və beləliklə, “Netmarble” şirkətinin ən populyar oyunlarından birinə çevrildi. 

  1. Bandai Namco

bandai namco

Bandai Namco Entertaintment Inc. (BNEI) – Yaponiyanın video oyun inkişaf etdirmə və yayım şirkətidir, 2006-cı ildə yaradılıb. 

  1. Supercell

supercell

Supercell – Fin şirkətidir, əsas fəaliyyət sahəsi mobil oyunların tərtibatıdır. 2010-cu ildə yaradılıb, məhsulları sırasında Clash of Clans, Had Day Boom Beach oyunlarını misal göstərmək olar. 

  1. Activition Blizzard

Activition Blizzard 1

Activition Blizzard – qərargahı Santa-Monikada yerləşən amerikan şirkətidir. 2008-ci ildə “Vivendi Games” və “Activision” şirkətlərinin birləşməsi nəticəsində yaranıb. Beş əsas şöbəsi var: Activision, Blizzard Entertainment, Major League Gaming, Activision Blizzard Studios и King Digital Entertainment.

  1. NetEase

NetEase

NetEase – kontent, əlaqə və kommersiya yönümlü onlayn xidmətlər təklif edən Çin şirkətidir. Bu gün Çindəki bəzi onlayn və mobil oyunları, reklam xidmətləri, e-poçt xidmətləri və e-ticarət platformalarını inkişaf etdirir və idarə edir. 

  1. Tencent

tencent

Tencent – 1998-ci ildə qurulan Çin investisiya holdinq şirkətidir. 

Şirkətin xidmətlərinə sosial şəbəkələr, musiqi və veb portallar, elektron ticarət vasitələri, ödəniş sistemləri, mobil və onlayn oyunlar və bulud məlumat bazaları daxildir. Məsələn, Tencent QQWeChat

Son xəbərlər
Digər xəbərlər