Dünyanın 100 ən böyük şirkətinin sərmayəsi rekord səviyyəyə – $21 trln. çatdı

0

Hər il PricewaterhouseCoopers (PwC) tərəfindən tərtib olunan Global Top 100 companies reytinqinə əsasən, il ərzində 100 aparıcı korporasiyanın bazar kapitallaşması rekord 21 trilyon dollar təşkil etmişdir.

Banker.az xəbər verir ki, 2019-cu ildə dünyanın ən böyük şirkətlərinin kapitallaşma artımı 5% təşkil edib ki, bu da 2018-ci ildəki artım tempindən 15% azdır. Artım əsasən ABŞ şirkətləri hesabına baş vermişdir. Çin və Avropadan olan şirkətlərin bazar kapitallaşması isə əksinə azalıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Kapitallaşmasına görə öndə olan şirkətlər aşağıdakılardır:

  • Microsoft
  • Apple
  • Amazon

Son yeddi ildə “Apple” liderlik etsə də, bu il onun yerini “Microsoft” tutub. Ən bahalı şirkətlərin siyahısına həmçinin “Alphabet”, “Berkshire Hathaway”, “Facebook”, “Alibaba” və “Tencent” daxildir.

Global To 100 reytinqinə daxil olmuş şirkətlərin 54-ü ABŞ-a məxsusdur, onların bazar kapitallaşmasında payı 63% təşkil edir.