8 C
Baku
Friday, March 29, 2024

Dünyanın 12 ən məzəli bank qarəti

Belə düşünmək olar ki, banklara edilən soyğunçu hücumlarda maraqlı və əyləncəli heç bir şey ola bilməz. Bu bir qaydadır, lakin istisnalar həmişə olur. Sizə 12 ən gülməli bank qarətlərindən ibarət «seçməni» təqdim edirik. Ən vacibi odur ki, bu qarətlər hamısı uğursuzluq ilə nəticələnib.

Bankları nədən ötrü qarət edirlər?

Qışa odun almaq üçün

Odessa vilayətinin Saratova qəsəbəsinin 61 yaşlı sakini qışda özünə odun almaq üçün bank qarət etməyə qərar vermişdir. Təqaüdçü qadın adətən təqaüd aldığı bank şöbəsinə gəlir. Qoca qadın üzərinə 300 min qriven (37 500 dollar) yazılmış kağızı əməliyyatçı xanıma uzadaraq  pulları ona verməyi tələb etmişdir. Əks təqdirdə o özü hazırladığı bombanı partladacağını söyləmişdir.

Qarət cəhdi haqqında Odessa polisinin mətbuat xidməti məlumat vermişdir. Situasiyanın maraqlı tərəfi ondadır ki, təqaüdçü qarı pulu hansı kupyura ilə almaq istədiyini əməliyyatçıya uzatdığı kağızda qeyd etmişdir. Sən demə qoca nənə pulu  1000 qriven nominalı olan banknotlarda almaq istəyirmiş, belə kupyuralar isə ümumiyyətlə mövcud deyil. Kassir həyəcan düyməsini basmaqla təhlükəyə reaksiya verib. Bankın rəhbərliyi tələsik şəkildə bütün müştərilər həmçinin, hücumçu-nənəni bank şöbəsində evakuasiya etmişdi.

Həbsxanada pulsuz müalicə almaq üçün

 Şimali Karolina ştatının işsiz qalmış sakini həbsxanada pulsuz müalicə almaq ümidi ilə bank qarət etməyə qarət vermişdir. «Qastoniya şəhərinin 59 yaşlı sakini Riçard Ceyms Veroun qarət cəhdinə görə nəzarət altına götürülmüşdür. O, bank şöbəsinə gələrək, bankın kassirə ona bir dollar verməsi tələbi yazılmış məktub uzatmış və bildirmişdir ki, silahlıdır. Bundan sonra o girişdəki divanda əyləşmiş və sakitcə polislərin gəlməsini gözləmişdir». –amerikanın KİV-də yayılan bu xəbər böyük təəccübə səbəb olmuşdur.

Hadisə yerinə gəlmiş mühafizə orqanları qarətçini həbs eləmişlər, axtarış zamanı onun üzərində silah aşkar olunmamışdır. Saxlanılanın özünün etirafına görə onun bankı qarət etməkdə məqsədi heç də varlanmaq olmayıb. «Veroun tədqiqatçılara bildirib ki, onun niyyəti həbsxanada pulsuz tibbi yardım və müalicə almaq olmuşdur və o burada heç olmasa üç il qalmağı planlaşdırıb. Işsiz olmaqla bərabər, o həm də döş xərçəngindən əziyyət çəkir», -ABC telekanalı vurğulayır.

Bankları nə ilə qarət edirlər?

Hava təmizləmək üçün süzgəc ilə

Best Bankın Corciya ştatının, Forsit dairəsində yerləşən filialını üzünü gizlətmək üçün maska əvəzində hava təmizləyici qurğunun nəfəsliyindən istifadə edən cinayətkar qarət etməyə cəhd etmişdir. Polislərinin müəyyən etdiyi kimi, narıncı sviterdə, göy köynəkdə, tündə cinsdə və əllərində əlcək olan kişi maliyyə təşkilatının ərazisinə daxil olmuş, hava təmizləyici qurğunu çıxararaq və başın üstünə qaldıraraq, onu üzünü qabağında elə tutmuşdur ki,  kassir onu sifətini tanıya bilməsin. Lakin bununla yanaşı o bankın işçilərinə nə hədə-qorxu gəlməmiş, nə də silah tətbiq etməmişdir.o sadəcə bankirdən bankda olan nağd pulu ona verməyi tələb etmişdir.  İstədiyi pulu aldıqdan sonra (qarətçinin konkret olaraq nə qədər məbləğ tələb etdiyi dəqiqləşdirilmir), hava təmizləyici qurğunun süzgəcindən istifadə edən qarətçi hadisə yerini tərk etmişdir.

Qarət baş vermiş məkana gələn polislər, hadisənin baş vermə təfərrüatlarını aydınlaşdırmış, bundan ötrü həm Best Bank təmsilçilərini dindirmiş və həm də müşahidə kameralarının lentlərinə baxmışlar.

Oyuncaq avtomat ilə

Ufada cinayət axtarış şöbəsinin əməliyyatçıları bank şöbəsinə silahlı basqın etməkdə şübhəli bilinən bir insanı yaxalamışlar. Gənc insan, oyuncaq avtomat ilə silahlanaraq, günün günorta çağı bank şöbəsinə daxil olmuş və silahı kassir xanımın üstünə qaldırmışdır. Qız silahın oyuncaq olduğunu anlamış və həyəcan siqnalını işə salmışdır. Basqınçı aradan çıxmağa çalışmış, lakin yaxınlıqda növbədə olan polis əməkdaşları ona uzaq getməyə icazə verməmişlər. Onlar bank şöbəsindən qaçaraq çıxan insanı görmüş və onu izləmək qərarı vermişlər. Məlum olandakı bu bankı qarət etməyə cəhd edən insan imiş, polislər şübhəlinin koordinatlarını əməliyyat axtarış şöbəsinin işçilərinə xəbər vermişlər.

Bankı nədə qarət edirlər?

Rahib libasında

İlliyons ştatının Polos Xeyts bankı rahib paltarları geyinmiş cinayətkarların hücumuna məruz qalmışdır. Qarət istirahət günü baş vermiş, amma məsələnin təfərrüatları hadisənin baş verməsindən iki gün sonra bəlli olmuşdur. TCF Bank şöbəsinin bağlanmasına bir neçə dəqiqə qalmış rahib libası geyinmiş iki nəfər banka soxulmuşdur. Onların üzlərində insan simasını imitasiya edən rezin maskalar var imiş.

Qarətçilərdən biri revolver ilə silahlanmışdı, ikincisinin isə (şahidlərin sözlərinə əsasən, o qadın idi) əlində yarım-mexaniki avtomat var idi. Ölüm hədə-qorxusu altında qarətçilər bankın əməkdaşlarını onları  pulların saxlandığı yerə aparmağa məcbur etmişlər. Çantaları pul ilə doldurduqdan sonra canilər bankı tərk edərək, tonlaşdırılmış pəncərələri olan, gümüşü rəngli Chevrolet Impala-da gözdən itmişlər.

Barak Obamanın maskasında

Avstriya polisi Amerika prezidenti Barak Obamanın maskasında bankları qarət etməkdə şübhəli bilinən insanın həbs olunması barədə xəbər vermişlər.

Ehtimal olunan cinayətkar Zalsburqdan şimal qərbdə yerləşən  Fornax əyalətindəki banka silahlı basqından sonra həbs edilmişdir. Belə xəbər verilir ki, qarət zamanı cinayətkar bankın əməkdaşını avtomat ilə təhdid edir, pulları aldıqdan sonra isə gözdən itirmiş. Bundan bir saat sonra şübhəlini qonşu meşədə saxlamışlar. Avstriya polisinin rəsmi təmsilçisi qeyd etmişdir ki, Almaniya vətəndaşı olduğu məlum olan şübhəlinin yanında oğurlanmış pullar, silah və  maska tapılmışdır.

Xəbərdə deyilir ki, qarətlər hələ 2008-ci ildə başlayıb, o zaman cani qoca adam maskasından istifadə edirmiş. 2009-cu ildən sonra o Barak Obamanın maskasından istifadə etməyə başlayıb, polislər məlumat verir.

Qarətçiləri uduzduran nədir?

Yaxşı tərbiyə

Insident İntensa bankının yerli şöbəsində baş vermişdir. Bir az növbədə dayandıqdan sonra, əlində hədiyyə paketi olan kişi kassirə yaxınlaşıb və ondan bütün olan nağd pulu tələb edib, əks təqdirdə guya onda olan bombanı partladacağını söyləyib. 5,5 min avro pul əldə etdikdən sonra o, bankın əməkdaşı olan xanımlardan birini girov götürərək, qaçmağa çalışmışdır, o demək olar ki, qadını dərhal azad etmiş, taksiyə minmiş və qeyri müəyyən istiqamətdə gedərək gözdən itmişdir.

Amma keçmiş girov qarşısındakı günah hissi və onun vəziyyətinə görə narahatlıq o qədər güclü olmuşdur ki, kişi öz mobil telefonundan onun tərəfindən qarət edilmiş şöbəyə zəng edərək üzr istəmək qərarına gəlir.  Bu zəngdən sonra polislər kifayət qədər qısa müddət ərzində onun evinin yerini tapır və onu həbs edilər.

İnternetdə lovğalanmaq

Amerikanın Hyuston (Texas ştatı) şəhərindən olan qarətçilər öz cinayətkar əməllərinin uğurları barədə Facebook sosial şəbəkəsində paylaşma ediblər. Onların hesabları polislərə cinayətin üstünü açmağa kömək edib.
Maskalı basqınçılar Bank of Commerce-i qarət etmişlər. Videokameralar bankın pul saxlama kamerasına daxil olan və oradan 82 min dollar götürərək aradan çıxan iki nəfəri qeydə almışdır.

Bir neçə müddətdən sonra bankın iki əməkdaşının Facebook səhifəsində şübhəli məlumat peyda olmuşdur. «Mən varlıyam», -onlardan biri yazırdı. «Dişlərimi yüz dollarlıq kupyura ilə təmizləyirəm», — ikincisi ona cavab verirdi. Adının naməlum qalmasını istəyən bir nəfər könüllü biri həmin yazışma haqqında polisə xəbər verir. Tezliklə Texas polisi bankı qarət etməkdə şübhəli bilinən insanları həbs edir.

Maliyyə cəhətdən savadlılıq

59 yaşlı Mark Smit Amerikanın Vatsonvill şəhərindəki banka gələrək elan etmişdir ki, onda bomba var və əgər 2 min dollar almasa o bankı partladacaq. Amma bank meneceri onu pulu kreditə götürməyə razı salmışdır. Smit bank əməkdaşının sənədləri hazırlaması üçün sakitcə dayanıb gözləmişdir, bu müddət ərzində menecer isə polis çağırmışdır. «İşçi heyəti qarətçinin başını qata bildiyinə görə hər şey itkisiz ötüşmüş və bədbəxt hadisənin qarşısını almaq mümkün olmuşdur» -müsahibə zamanı polis leytenantı Darron Tompson Santa Cruz Sentinel qəzetinə bildirmişdir.
Smit bank qarət etməyə cəhddə şübhəli bilinərək həbs olunmuşdur.

Xırdaçılıq və özünəvurğunluq

Bavariyadakı bank qarətlərinin birindən sonra polis cinayətkarın əlamətləri haqqında informasiya yaymışdır. Bundan sonra həmin polis məntəqəsinin elektron poçtuna belə bir məktub daxil olmuşdur. Sən demə məktub cinayətkarın özü tərəfindən göndərilib, o öz əlamətlərini və hadisənin detallarını dəqiqləşdirmək istəyirmiş, məktub alman dilindən tərcümədə «Rettinqenli oğru» adlanan e-mail ünvanından göndərilib.

Polislərin işinin keyfiyyətinin çox aşağı səviyyədə olması cinayətkarın hiddətinə səbəb olub, o bildirib ki, onlar oğrunun əlamətlərini səhv veriblər. Məsələn, onun boyu 185 deyil, 193 sm-dir, bankın məhrum olduğu məbləğ isə 2,5 min avro olub. Bundan əlavə o vurğulayıb ki, o cinayət yerindən qaçmayıb, rahatca öz maşınında çıxıb gedib. Hücumçu hətta polislərin maşını harada tapa biləcəyini də qeyd etməyi unutmayıb.

Bundan sonra şübhəli şəxs Hamburq yaxınlığında saxlanılmışdır.

«Eyni bir banka bağlılıq»

ABŞ-da bir cinayətkar həbs olunmuşdur, polislər ehtimal edilər ki, o Saut-benddə yerləşən eyni bir bank filialını dörd dəfə qarət etmişdir. Federal prokurorluq iddia edir ki, 42 yaşlı Uilyam İzli 1st Source Bankı 2011-ci ilin 23 avqust, 10 sentyabr, 5 oktyabr və nəhayət 19 oktyabr tarixlərində, üst-üstə dörd dəfə qarət etmişdir, onun aparmağa nail olduğu pulun miqdarı isə 14 min dollara bərabərdir. The South Bend Tribune qəzeti məlumat verir ki, İzli Sent-Cozef qraflığının yaxınlığındakı həbsxananın yanında mühafizə orqanlarına təslim olub. Hər qarət zamanı soyğunçunun üzündə sarğı olmasına baxmayaraq, kassirlər əmindirlər ki, bunu edən eyni bir adam olub.

Özü ilə sənəd gəzdirmə adəti

Amerikanın Florida ştatında baş verən bank qarəti zamanı isə, banka hücum etmiş şəxs cinayət yerində öz şəxsiyyətini təsdiq edən vəsiqəsinin olduğu pulqabısını itirib.

Okaluza qraflığının şerifinin ofisində danışılanlara görə, orta yaşlı bir kişi Destin’s Union State Bankınnın filialına daxil olaraq, silahla insanları təhdid edərək, ona pul verilməsini tələb edib. Təxminən 6 min dollara yaxın pul alan cinayətkar, daha sonra aradan çıxıb. Müstəntiqlərin banka baxış keçirdiyi müddət ərzində, hadisənin şahidləri işində şəxsiyyət vəsiqəsi olan pulqabı tapıblar. Polis sənəddə olan şəkili, bankın əməkdaşına göstərib və göründüyü kimi qarətçinin bəxti gətirməyib, əməkdaş onu tanıyıb.

Şübhəlinin evinə axtarış keçirən zaman banka hücum vaxtı istifadə olunan silah və oğurlanmış nağd pul aşkar olunmuşdur.

Son xəbərlər
Digər xəbərlər