1 C
Baku
Tuesday, February 25, 2025

Dünyanın 16 ölkəsində kredit verən təşkilat Azərbaycanda fəaliyyətə hazırlaşır – BOKT yaratdı

Dünyaca məşhur onlayn kredit təşkilatı “Aventus Group” Azərbaycan bazarında iştirak etməyə hazırlaşır.

Banker.az xəbər verir ki, şirkət 2009-cu ildə Latviyada təsis edilsə də, Avropa, Asiya və Afrika qitələrində kredit təşkilatları var.

Bu günə qədər “Aventus Group”a məxsus kredit şirkətləri təxminən 4 milyard avro dəyərində kredit veriblər. Hazırda “Aventus Group” şirkətləri 16 ölkədə fəaliyyət göstərir. Bunların arasında inkişaf etmiş ölkə – İspaniya da var.

Azərbaycanda yeni yaradılan kredit təşkilatı dünən – 24 fevralda qeydiyyata düşüb. Yeni yaradılan bank olmayan kredit təşkilatı “Aventus Azerbaijan” MMC-dir. BOKT-nin nizamnamə kapitalı 1 mln. manatdır və bu da Azərbaycan Mərkəzi Bankının BOKT-lər üçün nəzərdə tutulan minimal tələbə uyğundur.

Qrupun Azərbaycandakı BOKT-sinə İrina Barska (Iryna Barska) rəhbərlik edəcək.

Bu təcrübə Azərbaycan üçün yeni deyil. Belə ki, son 30 ildə bir neçə ölkədən olan kredit təşkilatları bu bazarda iştirak ediblər. Məsələn, Amerika kapitallı “Finca” qrupu illərdir ölkəmizdə kredit təşkilatı kimi fəaliyyət göstərir. 2021-ci ildən etibarən isə Latviyanın “SF” qrupu (Manato) Azərbaycanın kredit bazarının iştirakçısıdır. Siyahıya Norveçdən olan “Viator”, ABŞ-dən olan “KredAgro” və Böyük Britaniya kapitallı “İnkişaf üçün Maliyyə”ni daxil etmək olar.

map

Xatırladaq ki, AMB  kredit bazarında iştirak etmək üçün lisenziya təqdim edir. Requlyator keçən il üç BOKT-yə — “PAYONİX BOKT” MMC, “E-Kredit BOKT” MMC (Naxçıvanbank-ın hüquqi varisi) və “İRŞAD BOKT” MMC-yə lisenziya təqdim edib. Bununla da ölkədə BOKT-lərin sayı 57-yə yüksəlib.

 

Son xəbərlər
Digər xəbərlər