16 C
Baku
Sunday, November 3, 2024

Dünyanın 26 ən zəngin insanlarının sərvəti, 3,8 milyard yoxsul insanın sərvətinə bərabərdir

Son on il ərzində milyarderlərin sayı iki dəfə artmışdır və 2018-ci ildə onların sayı 2,208 nəfərə çatıb. Banker.az xəbər verir ki, Oxfam beynəlxalq xeyriyyə və humanitar təşkilatın tədqiqatlarına əsasən, milyarderlərin gündəlik gəliri 2,5 milyard dollar artmışdır.

Qeyd olunur ki, 2017-ci ildən 2018-ci ilə qədər hər iki gündən bir yeni milyarder meydana çıxıb. Bu, olduqca yüksək göstəricidir.

Eyni zamanda, təşkilat digər bir narahatedici məqama toxunur: Oxfam-ın verdiyi məlumatlara əsasən, ötən il ərzində dünyanın ən yoxsul 3,8 milyard insanın vəziyyəti dəyişməyib. Əldə olunmuş nəticələri müqayisə edərək, şirkət qərara gəlib ki, dünyanın 26 ən zəngin insanların sərvəti, 3,8 milyard yoxsul insanın sərvətinə bərabərdir.

Dünya üzrə ən varlı insan isə Amazon şirkətinin rəhbəri olmuşdur. Onun sərvəti 112 milyard dollara çatıb. Jeff Bezos-un sərvətinin yalnız 1%-i, Həbəşistanın səhiyyəsinin büdcəsinə bərabərdir.

Son xəbərlər
Digər xəbərlər