1 C
Baku
Saturday, December 14, 2024

Dünyanın 35 ölkəsindən nümayəndələrin Tacikistana gəlməsinə qadağa qoyulub

Koronavirus təhlükəsi ilə bağlı dünyanın 35 ölkəsindən nümayəndələrin Tacikistana gəlməsinə qadağa qoyulub.

Tacikistan Mülki Aviasiya Agentliyi (MAA) yerli və xarici aviasiya şirkətlərinə müvafiq məktub göndərib. Məktubda deyilir ki, bu qadağa müvəqqəti olaraq Çin, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, Avstraliya, Malayziya, Kamboca, Filippin, Tailand, Nepal, Şri-Lanka, Hindistan, Finlandiya, İtaliya, Böyük Britaniya, İspaniya, İsveç, Belçika, İsrail, Avstriya, Xorvatiya, İsveçrə, ABŞ, Kanada, BƏƏ, Misir, İran, Livan, Küveyt, Bəhreyn, Oman, Əfqanıstan, İraq və Əlcəzair vətəndaşlarına tətbiq olunacaq.

MAA rəhbərinin müavini Aziz Nabizoda jurnalistlərə bildirib ki, məktubda yerli və xarici aviasiya şirkətlərindən bu ölkələrin vətəndaşlarına təyyarə bileti satmamaq xahiş olunur. Əks təqdirdə Tacikistanda həmin vətəndaşlara 14 günlük karantin tətbiq ediləcək.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər