İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Türkiyənin “Gürok Group” şirkətlər qrupu arasında Azərbaycanda və xaricdə qida və içki istehsalçılarının tələbatını qarşılamaq məqsədilə ölkədə şüşə taraların istehsalı zavodunun tikilməsi imkanlarının araşdırılmasına dair Anlaşma Memorandumu imzalanıb.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Dünyanın 5-ci böyük şüşə məmulatları istehsalçısı olan “Gürok Group” şüşə tara, kirəmit, sənaye avadanlığı istehsalı, inşaat və turizm kimi müxtəlif sahələrdə fəaliyyət göstərir”, – nazir qeyd edib.